 |
Şrift : |
|
 |
Tarix : | 12-01-2012, 13:29 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 168 dəfə |
Like : |
|
Like : |
|
|
Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfər çərçivəsində BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Afrika Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq Naziri Maite Nkoana-Maşabane ilə görüş keçirib. XİN Mətbuat Xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə mövcud olan əməkdaşlıq nəzərdən keçirilərək, onun inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb və əlaqələrin daha da genişləndirilməsində hər iki ölkənin geniş potensiala malik olduğu xüsusilə vurğulanıb. E. Məmmədyarov həmçinin Azərbaycanda aparılan islahatlar, əldə olunmuş nailiyyətlər və regionda mövcud olan problemlərə toxunaraq, Dağlıq Qarabağ münaqişəsi barədə həmkarına geniş məlumat verib. Görüş zamanı tərəflər yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi barədə razılığa gəliblər. Daha sonra E. Məmmədyarov Portuqaliya Xarici İşlər Nazirliyinin Dövlət katibi Luis Brites Pereira ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Pereira Portuqaliya ilə Azərbaycan arasında mövcud olan siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirərək, müxtəlif investisiya layihələri - enerji, infrastruktur, telekommunikasiya və turizm sahələrində qarşılıqlı maraqların olduğunu qeyd edib. Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|