 |
Şrift : |
|
 |
Tarix : | 12-01-2012, 13:31 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 211 dəfə |
Like : |
|
Like : |
|
|
Bununla bağlı yaradılmış Komissiyanın ilk iclası keçirilib
Azərbaycan Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərmanı ilə yaradılan Komissiyanın ilk iclası keçirilib. Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirib ki, sözügedən Fərman Silahlı Qüvvələrin hərbi qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tarixi bir qərar olmaqla, onların mənzillə təminatının real və praktik mexanizmini özündə təsbit edir. Sənəd orduda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi hesabına mənzillə təminatına əsas yaradacaq. Bildirilib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün Fərmanda göstərilən müddətdə qüsursuz xidmət edən hərbi qulluqçuların siyahısının hazırlanması üçün istifadə olunacaq meyarlar düzgün müəyyənləşdirilməlidir. Komissiya tərəfindən hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən Silahlı Qüvvələr, döyüş bölgəsi, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunma kimi meyarlardan istifadə qərara alınıb. Həmçinin, Müdafiə Nazirliyinin həmin meyarlara cavab verən hərbi qulluqçular barədə məlumatı Komissiyaya təqdim etməsi məqsədəuyğun sayılıb. Növbəti iclasın fevralın ilk ongünlüyündə keçirilməsi gözlənilir.
|