 |
Şrift : |
|
 |
Tarix : | 13-01-2012, 16:25 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 169 dəfə |
Like : |
|
Like : |
|
|
Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın yaxşı nəticələr verdiyini deyib
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 13-də Koreya Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əlaqələrin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən prezident iqtisadi sahədə əməkdaşlığın yaxşı nəticələr verdiyini, ölkələr arasında ticarət dövriyyəsinin sürətlə artdığını deyib. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlət başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkənin maraqlı olduğunu qeyd edib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmini vurğulayan prezident səfərin uğurlu olacağına əminliyini bildirib. Öz növbəsində, qonaq səfərinin əsas məqsədinin Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaq olduğunu deyib. Görüşdə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində ölkələrimizin maraqlı olduğu bildirilib.
|