Səfərdə məqsəd ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir
Artıq Moldovanın baş naziri Vlad Filat Bakıya rəsmi səfərinin proqramı məlum olub. Proqramı Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevlə müzakirə edən baş nazir bildirib ki, səfərdə məqsəd ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və iqtisadi, ticarət, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməkdir.