 |
Şrift : |
|
 |
Tarix : | 17-01-2012, 10:45 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 176 dəfə |
Like : |
|
Like : |
|
|
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
"2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb. 2011-ci ildə iqtisadiyyatda ümumi artım 0,1 %, qeyri-neft sektoru 9,4 % olub. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərib". Bu fikirlər prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında səslənib. Dövlət başçısı bildirib ki, ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb. İnfilyasiya 1 rəqəmli səviyyədə qalıb, əhalinin pul gəlirləri 19,6 faiz olub. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunub və bu rəqəm 20 milyard dollar təşkil edib. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçib. 2011-ci ildə maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb. Ötən il səhiyyə, təhsil, idman, mədəniyyət obyektlərinin tikintisi də davam etdirilib. 2011-ci ildə 73 mini daimi olmaqla, 94 min yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 , yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb. «Keçən il Azərbaycan xarici siyasətdə də böyük uğurlar əldə edib» deyən prezident İlham Əliyev diqqətə çatdırıb ki, ölkəmiz BMT TŞ-nin qeyri-daimi üzv seçilib. Bununla da Azərbaycan dünya birliyinin inamını və etimadını qazanıb.
Dövlət başçısı onu da qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində 2011-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə, dövlət başçısı 3 həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı ötən il verdiyi bəyanatı yüksək qiymətləndirib. Prezident münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini də vurğulayıb.
Dövlət başçısı deyib ki, Azərbaycan öz hərbi gücünü artırır, 2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar idisə, 2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil edib. “Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik” deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır. 2011-ci ilin Azərbaycanda “turizm ili” elan olunduğunu xatırladan ölkə başçısı bu çərçivədə böyük işlərin görüldüyünü, yeni müasir otellərin açıldığını, “Azərbaycan gəncliyi” Dövlət Proqramının qəbul edildiyini, Gənclər Fondunun yaradıldığını bildirib. Vurğulanıb ki, 2011-ci ildə ölkənin enerji potensialının və yeni qaz yataqlarının kəşfi, mavi yanacağın nəqli və tranziti ilə də bağlı mühüm addımlar atılıb. Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2011-ci ildə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyev yekun çıxışında deyib ki, bu ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir. “2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaq” qeyd edən dövlət başçısı ölkədə maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmini üçün imkanların olduğunu diqqətə çatdırıb. Dövlət investisiya proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini deyən prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək. Bununla yanaşı, suvarma və meliorasiya, qazlaşma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır. 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək. Bununla yanaşı, dövlət başçısı ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirilməsi, hərbi hissələrdə yaşayış və xidmət üçün yüksək şəraitin yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılışdırılması ilə bağlı tapşırıqlarını verib. Bu il Londonda Yay Olimpiya Oyunlarının keçiriləcəyini xatırladan prezident İlham Əliyev deyib ki, yarışın keçirildiyi ildə Azərbaycanda 10 olimpiya-idman kompleksi tikiləcək, Olimpiya stadionu və gimnastika kompleksinin tikintisi fəal mərhələyə keçəcək, T.Bəhrmanov adına stadionun təmir-bərpası davam etdiriləcək. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2012-ci ili idman ili elan edib.
|