Nazir: “İKT sektoruna 400 milyon dollar sərmayə yatırılıb”

Şrift : |
Tarix :21-01-2012, 18:47
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 156 dəfə
Like :
Like :

    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

    Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

    Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya üzvlərini Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası çərçivəsində ölkə Prezidenti İlham Əliyevin ötən ilin iqtisadi göstəricilərini, o cümlədən informasiya-kommunikasiya sektorunun nəticələrini qiymətləndirməsi barədə məlumatlandırıb.

    Nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunun payının artırılması davam edib ki, bu da hökumətin neftdən asılılığının azaldılması və elmi yönümlü innovasiyalı iqtisadiyyatın yaradılması üzrə elan etdiyi məqsədlərinə dəlalət edir. Əli Abbasov sevinc hissi ilə vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayaraq ən sürətlə inkişaf edən istiqamətlərdən biri olub.

    Nazir çıxışında iştirakçılara rabitə və informasiya texnologiyaları sektorunun artımını əks etdirən bəzi rəqəmləri qısa şəkildə təqdim edib. Belə ki, rəsmi statistikaya əsasən, 2010-cu illə müqayisədə sektor üzrə gəlirlərin artımı 11,8 faiz təşkil edib, sektora təxminən 400 milyon dollar sərmayə yatırılıb. Sabit telefon şəbəkəsinin tam rəqəmsal sistemə keçirilməsi üzrə işlər başa çatdırılıb. Mobil şəbəkədə də müsbət dinamika müşahidə edilməkdədir, əhalinin hər 100 nəfərinə 110 mobil telefon düşür.

    İnternet istifadəçilərinin sıxlığı 65%, genişzolaqlı internetə çıxışa malik istifadəçilərin sayı isə 30%-i ötüb. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35% aşağı düşüb.

    Bu ilin sonunda həyata keçiriləcək birinci telekommunikasiya peykinin buraxılması, elektron hökumətin formalaşdırılması kimi əhəmiyyətli layihələr üzrə işlər uğurla davam etdirilir, eləcə də elektron imzanın verilməsinə başlanılıb.
    Regional səviyyədə Avro-Asiya Transmilli İnformasiya Supermagistralı və Avropa-Yaxın Şərq İnformasiya Magistralı layihələrin həyata keçirilməsi üzrə işlər aparılır.

    Kollegiyada nazirin giriş nitqindən sonra nazirlik Aparatının rəhbəri Vidadi Zeynalovun 2011-ci ilin yekunları haqqında məruzəsi oxunub.

    Bundan başqa, kollegiyada informasiya təhlükəsizliyi sahəsində cari vəziyyətlə bağlı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək respublikada İKT sektorunun qurulduğu ilk vaxtdan təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirildiyini qeyd edib. Bununla belə, internet və texnologiyaların inkişafı müsbət amillərlə yanaşı, informasiya təhlükəsizliyi riskləri kimi mənfi faktorlara da yol açıb. Elmir Vəlizadə çıxışında bu istiqamətdə əlavə, kompleks təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac olduğunu bildirib.
    Bunun ardınca iclas iştirakçıları vətəndaşların RİTN-ə müraciətlərinə baxılması barədə hesabatı dinləyiblər.

    Həmçinin tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri, RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.

    İclasa yekun vuran nazir Əli Abbasov sektorda əldə olunan nailiyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib, iclasda səslənən bir sıra məsələlərin həlli istiqamətində tapşırıqlarını verib.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31