 |
Şrift : |
|
 |
Tarix : | 28-01-2012, 08:41 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 153 dəfə |
Like : |
|
Like : |
|
|
Dövlət başçısının Davosda ikitərəfli görüşləri davam edib
Prezident İlham Əliyevin Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşündə Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Dövlət başçısı polşalı həmkarı Bronislav Komorovski ilə danışıqlar aparıb. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.
|