 |
Şrift : |
|
 |
Tarix : | 30-01-2012, 11:17 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 143 dəfə |
Like : |
|
Like : |
|
|
Dövlət başçısı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini bildirib
Prezident İlham Əliyev Davosda “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı-2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi” mövzusunda keçirilən toplantıda çıxış edib. Dövlət başçısı ölkəmizin tarixi inkişaf yolu, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışaraq bildirib ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılıb. Prezident ölkəmizin 20-ci əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini vurğulayaraq 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, ictimai-siyasi sabitlik və digər məsələlərə toxunub. Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu qeyd edən prezident İlham Əliyev bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlıq işlərinə mühüm töhfələr verdiyini də bildirib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Davosda İordaniya Krallığının Baş naziri Aun Al Xasauna ilə görüşüb. İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilən görüşdə hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulanıb. Danışıqlarda müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
|