 |
Şrift : |
|
 |
Tarix : | 31-01-2012, 11:22 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 162 dəfə |
Like : |
|
Like : |
|
|
Milli Məclisin (MM) 2012-ci il yaz sessiyası fevralın 1-də başlayır.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, yaz sessiyasının ilk plenar iclasına 4 məsələ salınıb. Bunlar Milli Məclisin İntizam Komissiyasının Hesablayıcı Komissiyasının yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.
Qeyd edək ki, MM-in 2012-ci il yaz sessiyasının işlər planına ümumilikdə 17 məsələ, o cümlədən Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri daxil edilib.
|