Mehriban Əliyeva tanınmış Rusiya universitetinin Fəxri professoru oldu

Şrift : |
Tarix :14-02-2012, 17:38
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 176 dəfə
Like :
Like :

    Azərbaycanın birinci xanımı İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb

    Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Rusiya Federasiyasının dünyaşöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.

    İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Pyotr Qlıboçkonun bu barədə məktubunda deyilir: “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyevanın xüsusi xidmətlərinin etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilməsi haqqında qərar qəbul edib. Xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya Federasiyasında yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm layihələr, o cümlədən “Xərçəng xəstəliyinin milləti yoxdur”, “Gənclər QİÇS-in və narkomaniyanın əleyhinədir”, “Sağlam olmağını yəqin et” kimi layihələr, habelə xəstəxanalarda, uşaq evlərində və veteranlar üçün evlərdə digər xeyriyyə aksiyaları həyata keçirir. Xanım Əliyevanın ana və uşaqların mühafizəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəlmiş həyati əhəmiyyətli proqramlarda iştirakı olduqca qiymətlidir. Bizim üçün xüsusilə əhəmiyyətli və xoşdur ki, ali məktəbimizin məzunu olan xanım Mehriban Arif qızı Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini beynəlxalq miqyasda tanıdır və onun nüfuzunu artırır”.

    Qeyd edək ki, tibb aləmində böyük nüfuz sahibi olan alim və ictimai xadim məzunları ilə beynəlxalq miqyasda tanınan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına bu vaxtadək yalnız iki nəfər - dünya şöhrətli kardioloq, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Çazov və dünya şöhrətli ürək cərrahı Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya layiq görülüblər.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31