Hadisənin təsadüfən baş verdiyi bildirilir
Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. Hadisə cəbhə bölgəsində qeydə alınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin verdiyi məlumata görə, Milli Ordunun əsgəri, 1989-cu il təvəllüdlü Elnur Dadaşovun əlindəki xidməti silahdan təsadüfən açılan atəş nəticəsində güllə onun hərbçi yoldaşı, 1992-ci il təvəllüdlü Sakit Abdullayevin ayağına dəyib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.
Qeyd edək ki, S.Abdullayev Qusar, E.Dadaşov isə Salyan Rayon Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb.