Elnur Məcidli Sarkoziya məktub göndərdi

Şrift : |
Tarix :20-10-2011, 20:06
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 279 dəfə
Like :
Like :

    Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli Avropada yaşayan siyasi mühacirlər adından Fransa prezidenti Nikola Sarkoziyə məktubla müraciət edib.

    Avropa Azərbaycanlıları Demokratiya Uğrunda (EUROAD) təşkilatının təsisçisi olan Məcidli, Fransa prezidentinə müraciətində onun Cənubi Qafqaza səfərinə və o cümlədən Azərbaycandakı hazırkı vəziyyətə geniş yer verib.
    Məktubda həmçinin Qarabağ konflikti ətrafında danışıqlar, Cənubi Qafqaz ölkələrində sosial-iqtisadi problemlər, ərəb ölkələrindəki inqilablar və s. qeyd olunur.
    Qloballaşan dünyaya və Avropaya tam mənada inteqrasiyanın sadəcə demokratik cəmiyyətin yaradılmasıyla mümkün olacağını ifadə edən azərbaycanlı jurnalist, Azərbaycan hakimiyyətinin ölkə daxilində apardığı anti-demokratik siyasətə, söz və hüquq azadlıqlarının sərt şəkildə tapdanılmasına toxunub.
    Kütləvi toplaşma azadlığının olmadığı ölkədə daxili narazılığın hər keçən gün daha da artdığı, Azərbaycanın atadan oğula keçən korrupsioner hakimiyyət tərəfindən idarə edildiyi, ölkə prezidenti İlham Əliyevin Dubaydakı 70 milyon dollar dəyərindəki villalarınının prezident maaşıyla ala bilməsinin mümkün olmayacağı Fransa prezidentinə müraciətdə öz əksini tapıb.
    Məktubun son hissəsində azərbaycanlı jurnalist öz siyasi-ictimai fəaliyyətinə də yer verərək 2010 parlament seçkilərində iştirak zamanı məruz qaldığı təzyiqlər, Azərbaycandakı diktaturaya qarşı 11 Mart çağırışından sonra haqqında cinayət işinin açılması və İnterpol axtarışına verilməsi, Hillari Klinton – Məmmədyarov görüşündən sonra haqqında açılan cinayət işi dayandırılsa da , hələ də bu saxta cinayət işinə xitam verilməməsini yazıb.
    Son altı ayda 20-dən çox gəncin siyasi məhbus olduğunu qeyd edən Elnur Məcidli, ailəsinə və qohumlarına olan təzyiqləri özünə qarşı siyasi şantaj adlandırıb.
    EUROAD-ın Fransa və Avropadakı fəaliyyəti barədə məlumatın da yer aldığı məktubun sonunda Elnur Məcidli Fransa prezidentinə 8 ay sonra keçiriləcək növbəti prezident seçkilərində uğurlar arzulayıb.
    Məktub prezident administrasiyasının yerləşdiyi Yelisey sarayının (Palais Elysee) katibliyi ilə görüş zamanı Elnur Məcidli tərəfindən təqdim olunub.

    azadlıq.info


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31