 |
Şrift : |
|
 |
Tarix : | 24-10-2011, 14:16 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 323 dəfə |
Like : |
|
Like : |
|
|
Mustafa Əbdülcəlil yeni hökumətin şəriət qanunları əsasında idarə ediləcəyini deyib
Liviya Milli Keçid Şurasının sədri Mustafa Əbdülcəlil yeni hökumətin şəriət qanunları əsasında idarə ediləcəyini açıqlayıb. Əbdülcəlil Benqazidə xalq qarşısında etdiyi çıxışında İslam ölkəsi olaraq artıq şəriətin qəbul edildiyini bildirib. Qəddafi dövründə mövcud olan boşanma və evlilik haqqındakı qanunun şəriəti təhqir etdiyini söyləyən Şura sədri sözügedən qanunların daha qüvvədə olmadığını deyib. Əbdülcəlil eyni zamanda investorların faiz əldə etmədiyi İslam banklarının açılacağını bildirib. Liviyanın qurtuluşunu qeyd etmək üçün havaya atəş açanlara da səslənən Əbdülcəlil, “Atəş açmaq Allaha şükr etmək anlamına gəlməz. Mülki şəxsləri yaralamaq təhlükəsi olduğu üçün şəriət bunu qadağan edir” deyib. Liviyanın yenidən inkişafı üçün hər kəsin kinini qəlbində gizlətməsini istəyən Əbdülcəlil xalqın fitnələrə getməməsinin vacibliyini vurğulayıb. (bizimxeber.com)
|