 |
Şrift : |
|
 |
Tarix : | 25-10-2011, 10:59 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 155 dəfə |
Like : |
|
Like : |
|
|
Goranboy, Cəbrayıl və Füzuli rayonu istiqamətdəki üzbəüz mövqelərimiz atəşə tutulub
Ermənilər oktyabrın 24-də saat 16.20-dən 17.10-dək və 20.20-dən 20.40-dək Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 18.48-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.35-dən 21.40-dək, 23.40-dan 23.43-dək və 23.44-dən 23.46-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
|