 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 11:49 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 465 dəfə |
Like : |
|
Like : |
|
|
“Amma səni günahlandırmıram, çünki sən bunda məsuliyyət daşımırsan”
Üsyançılar tərəfindən öldürülən keçmiş Lideri Müəmmar Qəddafinin son məktubunu İtaliya baş naziri Silvio Berluskoniyə yazdığı məlum olub. Bizimxeber.com keçmiş Liviya liderinin iki italyan vətəndaşı vasitəsilə avqustun 5-də İtaliyaya göndərdiyi məktubun bəzi hissələrini təqdim edir: “Sevgili Silvio xalqlarımız arasında dostluq müqaviləsi imzaladığımız bir dostumun mövqeyi qarşısında çaşqınam. Ən azından sənin həqiqətlərlə maraqlanacağını və bu müharibəyə dəstək vermədən öncə vasitəçilik etməyini düşünürdüm. Amma səni günahlandırmıram, çünki sən bunda məsuliyyət daşımırsan. Hələ də geri addım atmaq şansının olduğuna inanıram. Əmin ol ki, mən və xalqım bu qara səhifəni geridə qoymağa hazırdır. Liviyalı qardaşlarımı öldürən bu bombardmanı dayandır”.
Bizimxeber.com
|