 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 12:56 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 249 dəfə |
Like : |
|
Like : |
|
|
Əli Kərimli: “Azərbaycan BMT TŞ-da Qarabağ və ərazi bütövlüyü mənafeyindən fəaliyyət göstərməlidir
Azərbaycanın BMT-nin TŞ-na üzv olması ilə bağlı ölkənin siyasi dairələrində müxtəlif fikirlər səsləndirilir. Bir çox dairələr bunu alqışlasalar da, müxalif siyasilər isə bu məsələni müsbət dəyərləndirməklə yanaşı müəyyən məqamlara tənqidi yanaşırlar. AXCP sədri Əli Kərimli də Azərbaycanın TŞ-na üzv olmasını təqdir etməklə yanaşı müəyyən tənqidi fikirlər də səsləndirib və bildirib ki, Azərbaycan BMT TŞ-da Qarabağ və ərazi bütövlüyü mənafeyindən fəaliyyət göstərməlidir. 7GUN.AZ “Salamnews.org” portalına istinadən xəbər verir ki, partiya sədri həmçinin Azərbaycanın BMT TŞ-ya qeyri-daimi üzv seçilməsi və bunun Azərbaycana faydası barədə də danışıb: “Bu, Azərbaycanın bundan necə istifadə edəcəyindən asılıdır. Azərbaycan qlobal məsələlərdə müəyyən mənada ikiillik söz sahibi olacaq. Bu, imkan yaradacaq ki, Azərbaycan dünya miqyasında bütün mühüm məsələlərdə öz mövqeini ifadə etsin. Bu mövqe düzgün olsa, biz udacağıq. Mən istərdim ki, Azərbaycan hökuməti Təhlükəsizlik Şurasında daha çox Qarabağ və ərazi bütövlüyümüz mənafeyindən fəaliyyət göstərsin və Azərbaycanın Qərbə, Avroatlantik məkana inteqrasiyasına uyğun siyasət aparsın”. Əli Kərimli vurğulayıb ki, Azərbaycan dost və müttəfiqlərinin sayını artırmağa çalışmalı, dünyada təcrid olunmuş qeyri-demokratik rejimlərə sahib çıxmamalı və onların yanında olmamalıdır. Çünki belə olduğu halda, Azərbaycan özü də hədəfə gələ bilər.
7GUN.AZ
|