“Ermənistana silah satışına sanksiya olmasa da bu, diplomatik baxımdan siyasi səhv idi”
Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu ölkə mətbuatına açıqlamasında bildirib ki, ölkəsinin Baş naziri Vladimir Filat Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəyib.
7GUN.AZ-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, İqor Bodyu onu da deyib ki, Ermənistana silah satışına sanksiya olmasa da bu, diplomatik baxımdan siyasi səhv idi.
Səfir onu da qeyd etdi ki, hazırda bu məsələ bağlı Moldova parlamentinin Təhlükəsizlik komissiyasında və Moldova Təhlükəsizlik Şurasında müvafiq komissiya yaradılıb və araşdırma aparılır.
7GUN.AZ