Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İrana cavab verdi

Şrift : |
Tarix :27-10-2011, 11:42
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 162 dəfə
Like :
Like :

    Gündüz İsmayılov: “Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur”

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov iranlı ayətullah Nasir Məkarim Şiraziyə cavab verib. Ötən həftə Qumda açıqlama verən Şirazi Azərbaycan Respublikasında dini durumun ağır olduğunu bəyan etmişdi: “Azərbaycan Respublikası hökuməti məscidləri dağıdır və insanlara hücum edir. Son zamanlar məktəblilər və dövlət işçilərinin məscidlərə buraxılmaması haqda göstəriş verilib. Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək və bir gün onların yaxasından yapışaraq qüdrət taxtından yerə salacaq”.
    7GUN.AZ Mediaforum.az-a istinadən xəbər verir ki, Gündüz İsmayılov, Şirazinin Azərbaycanda dini durumla bağlı fikirlərini əsassız və qərəzli hesab edir: “Din xadimi adına yaraşmayan və böhtan xarakterli bu cür fikirlərin altında hansı məkrli niyyətlərin dayandığını müəyyən etmək çətin deyil. Çünki bu şəxsin və onun kimilərinin həqiqəti məqsədli şəkildə təhrif edərək Azərbaycanla bağlı böhtanlar yayması və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir”.
    G.İsmayılov onu da deyib ki, Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz: “Eyni zamanda məscidlərin dağıdıldığını və insanların ibadət evlərinə getməsinə qadağa qoyulduğunu iddia etmək absurddur. Görünür, bu şəxs adına və tituluna yaraşmayan, amma yerinə yetirməyə borclu olduğu “vəzifə”ni yalan və böhtanla da olsa icra etməyə çalışır”.
    Komitə sədrinin müavini əlavə edib ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur: “Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın. Eyni zamanda heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir”.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31