 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 11:58 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 193 dəfə |
Like : |
|
Like : |
|
|
Sankt-Petrburqda keçirilən görüşdə Rusiya-Azərbaycan əlaqələrindən bəhs olunub
Sankt-Peterburqda Azərbaycan diasporu, Azərbaycanın Rusiyadakı səfiri və Leninqrad vilayətinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsov, Vahid Rusiya (“Yedinaya Rossiya”) Partiyasının regional siyasi şurasının katibi, partiyanın seçki qərargahının sədri Aleksandr Xudilaynen və “Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti”nin sədri Heydər İmanov iştirak ediblər. 7GUN.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, Leninqrad vilayətinin 18 rayonundan olan Azərbaycan diaspor fəallarının da iştirak etdiyi görüşdə Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı aktual məsələlər və diaspor nümayəndələrinin yerli hökumət strukturları ilə münasibətlərinin effektivliyinin artırılması məsələləri müzakirə olunub. Aleksandr Kuznetsov çıxışında bildirib ki, Azərbaycan diasporu Leninqrad vilayətinin iqtisadi, mədəni və siyasi həyatında mühüm mövqe tutur. Onun sözlərinə görə, bu vilayətin qanunverici məclisində çoxlu sayda azərbaycanlı təmsil olunur: “Onların bu vəzifəyə seçilməsi yerli əhalinin onlara inamının göstəricisidir. Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri də vilayətin siyasi həyatına öz töhfəsini verən şəxslərdən biridir”. Polad Bülbüloğlu çıxışında Leninqrad vilayətində yaşayan azərbaycanlıları Dövlət Dumasına keçiriləcək seçkilərdə aktiv iştirak etməyə çağırıb: “Biz heç kəsə demirik ki, kiməsə səs versin. Biz istəyirik ki, diasporumuz vilayətin siyasi həyatında aktiv fəaliyyət göstərsin”. Qüdsi Osmanov isə Leninqrad vilayətində bələdiyyə dumasında xeyli sayda azərbaycanlıların təmsil olunduğunu söyləyib. Onun sözlərinə görə, vilayətin 12 min əhalisi olan bir rayonun meri də azərbaycanlıdır: “Sankt-Peterburqun qanunverici məclisinə keçiriləcək seçkilərdə Səyad Əliyev adlı azərbaycanlı namizədliyini irəli sürüb. Onun seçilmək şansı yüksək qiymətləndirilir”. Sonda diaspor nümayəndələrinin təşəbbüsü ilə Vahid Rusiya Partiyası və Ümumrusiya Xalq Cəbhəsinə dəstək verilməsi haqqında müraciət qəbul olunub. Görüşün sonunda Sankt-Peterburq diasporunun rəhbəri Heydər İmanovun başçılığı ilə nümayəndə heyəti şəhərin Nevski rayonunda yerləşən azərbaycanlı uşaqların təhsil aldığı 84 saylı uşaq bağçasına baş çəkib.
7GUN.AZ
|