 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 13:40 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 233 dəfə |
Like : |
|
Like : |
|
|
İstanbulda hər iki ölkə arasındakı münasibətlərin normallaşması prosesinə dair müzakirələr keçiriləcək
29-30 oktyabr 2011-ci il tarixində İstanbulda Türkiyənin Orta Doğu Texniki Universiteti(ODTÜ), Türkiyə Odalar və Borsalar Birliyi Universitetinin(TOBB) birgə təşkilatçılığı və Türkiyə Xarici Işlər Nazirliyi nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi: yenidən canlandırma perspektivi” adlı beynəlxalq tədbir keçiriləcək. 7GUN.AZ Strateji Araşdırmalar Mərkəzinin rəsmi saytına istinadən bildirir ki, tədbirdə Azərbaycan, Türkiyə, Ermənistan və müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunacaq. Bundan başqa, region dövlətlərinin iki ölkə arasındakı münasibətlərə baxışı, Cənubi Qafqazdakı siyasi vəziyyətin inkişaf dinamikası kimi məsələlər də diqqət mərkəzində olacaq.
7GUN.AZ
|