Bir qrup gəncin Fəvvarələr Meydanında «Ya Qarabağ, ya ölüm!» şüarı ilə etiraz edəcəyi gözlənilir
Bu gün Bakının mərkəzində etiraz aksiyası keçirilə bilər. TİA.AZ bildirir ki, xeyli müddətdir sosial şəbəkələrdə təbliğatı aparılan həmin aksiyanın oktyabrın 29-u saat 15:00-a təyin edildiyi göstərilib. Yayılmış həmin xəbərdə vurğulanır ki, aksiya Fəvvarələr Meydanında baş tutmalıdır.
Aksiyanın əsas şüarı «Ya Qarabağ, Ya Ölüm!»dür. Bir qrup gənc tərəfindən təşkil olunmuş aksiyanın baş tutub, tutmayacağı isə bəlli deyil. Çünki bundan əvvəl də analoji aksiyalar təyin edilmişdi, amma keçirilməmişdi.