Qəddafi sağ olduğu bildirilir YENİLƏNİB

Şrift : |
Tarix :29-10-2011, 13:13
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 1712 dəfə
Like :
Like :

    Diktatorun Şimali Koreyada yaşadığı iddia olunur

    Liviyada baş verən inqilabi proseslər zamanı müxalifət tərəfindən öldürülən Mummar Qəddafinin sağ olduğuna dair iddialar çoxalmağa başlayıb. Qərb mətbuatı xəbər verir ki, bu iddiaların sırasına daha biri əlavə olunub. Həmin məlumatlara görə, Qəddafi sağdır və hazırda Şimali Koreyada yaşayır.
    Qərb mətbuatı bununla bağlı yazır ki, Liviyada inqilabçıların əlinə keçən şəxsin Qəddafi olub-olmadığı tam dəqiq deyil. Onların arqumentləri belədir ki, Liviyanın keçmiş lideri öz oxşarını ortaya çıxarıb və onun müxalifətin əlinə keçməsi planını reallaşdırıb. Məqsəd isə müxalifətçilərdə əminlik yaradaraq, ölkəni tərk etmək və başqa bir ölkədə yaşamaq olub.
    Məlumatlarda vurğulanır ki, Qəddafi hal hazırda Şimali Koreyada yaşayır və orada Kim Jonq Linin razılığı əsasında həyatına davam edir. Övladlarını isə yanına almayıb ki, bundan Amerika duyuq düşə bilər. Amma onun uşaqlarının bir müddət sonra Şimali Koreyaya daşınacağı gözlənilir.
    Bu əsnada onu da bildirək ki, Liviyadakı hadisələr Şimali Koreya rejiminin də qorxusuna səbəb olub. Koreyanın diktatoru Kim Jonq Linin göstərişinə əsasən ərəb dünyasında baş verən inqilablarla bağlı bütün məlumatlar gizlədilir. Bu barədə yerli mətbuat ümumiyyətlə, bir cümlə də belə yazmırlar. Məsələdən xəbərdar olanlar isə yalnız ən yüksək səviyyədə təmsil olunan məmurlardır.
    Ərəb dünyasında baş verənlərin Şimali Koreyada yayılmasının qarşısını almaq üçün Kim Jonq Li daha bir addım atıb. Belə ki, diktator ərəb inqilabları baş verən ölkələrdə işləyən koreyalıların ölkəyə gəlməsinə qadağa qoyub. Təkcə Liviyada 200-dən artıq Şimali Koreya vətəndaşı var ki, onların geri qayıtmasına imkan verilmir.
    ABŞ-ın "Watan" dərgisinə istinadən verdiyi məlumata görə, o, Liviyanın sabiq lideri Müəmmar Qəzzafinin sağ olduğunu, Sirtdə qiyamçıların öldürdükləri şəxsin başqa adam olduğunu bildirib. Ekspertin sözlərinə görə, onun əlində Qəzzafinin sağ olduğuna dair "tutarlı faktlar" var. "Onların ən tutarlısı Qəzzafinin həbs olunduğunu göstərən videoçəkilişdir. Qəzzafinin saçı qaradır. Qiyamçıların əhatəsində olan şəxsin saçının rəngi isə qəhvəyiyə çalır. Amma sonradan nümayiş etdirilən cəsədin saçı qaradır. Bundan başqa, Qəzzafi vaxtilə qarın boşluğundan əməliyyat keçirib və onun qarnında böyük çapıq vardı. Nümayiş etdirilən cəsədin bədənində isə buna rast gəlinmir".

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31