Vidadi İsgəndərlinin şikayətinə baxış davam edəcək

Şrift : |
Tarix :31-10-2011, 17:06
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 290 dəfə
Like :
Like :

    VK-nın qərarı ilə fəaliyyəti dayandırılmış vəkil Xalid Bağırov da proseslərə qatılır

    Sabah, noyabr 1-də, 15:30-da Şəki Şəhər Apelyasiya Məhkəməsində hakim Qədəm Babayevin sədrliyi ilə həbsdə olan hüquq müdafiəçisi, İctimai Palatanın təhqiqat qrupunun rəhbəri Vidadi İsgəndərlinin şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.
    Şikayətə iş üzrə hazırlıq iclasından fərqli olaraq Vidadi İsgəndərlinin iştirakı ilə baxılacaq. V.İsgəndərlini vəkil Yalçın İmanov müdafiə edir. Onun digər vəkili, Vəkillər Kollegiyasının (VK) qərarı ilə fəaliyyəti dayandırılmış Xalid Bağırov da proseslərə qatılır. Ötən prosesdə Y.İmanov V.İsgəndərlinin məhkəmə dövründə zaminə buraxılması; barəsindəki cinayət təqibinə xitam verilməsi; Göyçay Rayon Məhkəməsinin hökmündən verdikləri şikayətə məhkəmə araşdırması aparılmaqla baxılması; mətbuat nümayəndələrinə məhkəmə prosesində audio-video vasitələrdən istifadəsinə şərait yaradılması barədə vəsatətlərlə çıxış etmişdi. Bildirmişdi ki, V.İsgəndərli hüquq müdafiəçisi tək fəaliyyəti və İctimai Palatadakı çıxışlarına görə həbsə alınıb. Hakim heç bir əsas göstərmədən vəsatətləri təmin etməmişdi.
    Xatırladaq ki, V.İsgəndərli İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunaraq 8 sutka, 17 aprel mitinqindən 3 saat əvvəl tutularaq 15 sutka azadlıqdan məhrum edilmişdi. Mayın 2-də ona verilən 15 sutka həbs cəzasının müddəti bitəndə ona qarşı ittiham irəli sürülüb və barəsində Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Həmin gün V.İsgəndərli barədə məhkəmə qərarı ilə həbs qəti-imkan tədbiri seçilmişdi. Sonradan ona qarşı 132-ci maddə ilə də cinayət işi başlanıb. Avqustun 27-də Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə V.İsgəndərliyə hökm oxunub. O, 3 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları V.İsgəndərlinin siyasi baxışlarına görə həbs edildiyini bəyan edərək onun azadlığa buraxılmasını tələb edir. V.İsgəndərli və onun vəkilləri Göyçay Rayon Məhkəməsinin hökmünü siyasi sifarişlə çıxarıldığı üçün ədalətli saymayaraq hökmdən apelyasiya şikayəti verib.
    musavat.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31