 |
Şrift : |
|
 |
Tarix : | 2-11-2011, 09:30 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 406 dəfə |
Like : |
|
Like : |
|
|
Zeynalovların işdən çıxarılması “Xural” qəzetinin əmlakının müsadirə edilməsi və çapına qadağa qoyulmasından sonra baş verib
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qardaşı Rauf Zeynalov və dayısı oğlu Rəşad Zeynalov uzun müddətdir xidmət etdikləri polis orqanlarından xaric edilib. “Qafqazinfo”nun məlumatına görə, Rauf Zeynalov Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsində Yol Patrul Xidməti inspektoru, Rəşad Zeynalov isə Kəpəz Rayon Polis İdarəsi Post Patrul Xidməti taqımında polis nəfəri vəzifəsində çalışıb. Rauf Zeynalov oktyabrın 20-də, Rəşad Zeynalov isə oktyabrın 21-də müxtəlif bəhanələrlə Daxili İşlər Nazirliyi sıralarından xaric edilib. Zeynalovların işdən azad edilməsi barədə əmri Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev imzalayıb. Qeyd edək ki, Rauf Zeynalov 11 il, Rəşad Zeynalov isə 6 il Daxili İşlər Nazirliyi sıralarında xidmət edib. Bu müddətdə Rauf Zeynalov polis idarəsi rəhbərliyi tərəfindən 23 dəfə mükafatlandırılıb. İşdən çıxarılarkən Rasim Musayev yaxın ətrafındakı əməkdaşlarının yanında “Onun qardaşı hakimiyyətin əleyhinə yazdığı üçün onlara bizim aramızda yer yoxdur” deyib. Zeynalovların işdən çıxarılması “Xural” qəzetinin əmlakının müsadirə edilməsi və çapına qadağa qoyulmasından sonra baş verib. Rauf Zeynalovun verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi onların işdən azad edilmələri barədə əmrin surətini verməkdən bu günə qədər imtina edir.
7GUN.AZ
|