 |
Şrift : |
|
 |
Tarix : | 2-11-2011, 09:41 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 1310 dəfə |
Like : |
|
Like : |
|
|
Hadi Rəcəbli öz dairəsindəki əraziləri opponentinə güzətə getmək istəmir
Lənkəranda iki deputat arasında torpaq davası başlayıb. Bu barədə Bizimxeber.com saytına Lənkərandan məlumat daxil olub. Bildirilir ki, rayonun Haftonu kəndində yerləşən “İstisu” istirahət mərkəzi ətrafındakı torpaqları almaq istəyən 73 saylı Lənkəran şəhər Seçki dairəsindən deputat seçilmiş Rüfət Quliyevlə həmin ərazidən - 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmiş Hadi Rəcəbli arasında mübarizə başlayıb. Belə ki, Hadi Rəcəbli deputat seçildiyi dairədə digər millət vəkilinin torpaq almasına qarşı çıxıb. Bu da onların münasibətlərini ziddiyyətli həddə çatdırıb. Mənbə bildirir ki, Lənkəranın icra başçısı Tofiq İbrahimov da Rüfət Quliyevi müdafiə edir. İcra başçısının deputatla ortaq biznesi olduğunu deyən qaynaq bildirir ki, onun Rüfət Quliyevi müdafiə etməsi məhz bu faktordan qaynaqlanır. Lakin Hadi Rəcəblini də müdafiə edən qüvvələrin olduğu bildirilir. Məlumatda qeyd olunur ki, Hadi Rəcəbli də bu mübarizəni təkbaşına aparmır və onun bu savaşına yardım edərək “zəmanət” verənlər var. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
7GUN.AZ
|