 |
Şrift : |
|
 |
Tarix : | 4-11-2011, 16:33 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 412 dəfə |
Like : |
|
Like : |
|
|
Qiymətin düşməsi çörəyin çəkisinə təsir etməyib
Ölkədə çörəyin qiyməti ucuzlaşıb. Mağazalarda satılan 40 qəpiklik çörəyin qiyməti 35 qəpik, 30 qəpiklik çörəyin qiyməti isə 25 qəpik olub. 7GUN.AZ portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də təsdiqləyib. A.Əliyev açıqlamasında deyib ki, ölkədə unun qiyməti aşağı düşdüyündən çörək və çörək məhsullarının da qiymətində ucuzlaşma olub: “Bəzi iri çörək zavodları qiymətlərini aşağı salıblar. Qiymətlərin düşməsi çörəyin çəkisinə təsir etməyib, əvvəlki çəkisində qalıb. Qiymətlər 5 qəpik ucuzlaşıb”.
7GUN.AZ
|