Əlixan Məlikova vəzifə verilir

Şrift : |
Tarix :6-11-2011, 13:45
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 1201 dəfə
Like :
Like :

    Keçmiş QSC rəhbəri yollarını Zülfüqarlı qardaşlarından ayırır

    Bir müddət öncə “Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov vəzifəsindən uzaqlaşdırıldı və bu qurum Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) birləşdirildi. Əlixan Məlikova isə heç bir vəzifə verilmədi. Sonradan məlum oldu ki, Əlixan Məlikov “Xəzər boru” MMC-nin sahibləri olan Zülfüqarlı qardaşları ilə ortaq biznesə sahibdir. Hətta həmin ərəfədə belə bir məlumat yayıldı ki, “Xəzər boru”nun səhmlərinin 42.8 faizi Zülfüqarlı qardaşlarının, qalan hissəsi “Azəriqaz”ın keçmiş rəhbəri Əlixan Məlikovundur. Bundan sonra Dövlət Neft Şirkətinin əməkdaşları zavoda basqın edərək buranı zəbt etdilər.
    Zavodun baş direktoru Ayaz Gülümcanov isə bununla bağlı mediaya açıqlama verərkən Əlixan Məlikovu da günahlandırdı. O bildirirdi ki, zavodun basılmasında Əlixan Məlikovun da göstərişi olub.
    Bir sözlə, o, Zülfüqarlı qardaşları ilə arasında olan konfliktdən istifadə edərək Rövnəq Abdullayevdən kömək istəyib. Zavoda basqın edən və geyimlərinin üzərinə “SOCAR” sözü yazılmış şəxslər də həmin vaxt onlara “yuxarıdan” tapşırıq gəldiyi üçün heç kimi zavoda buraxmadıqlarını bildirmişdilər.
    Bu gün Bizimxeber.com-a Əlixan Məlikovla bağlı maraqlı bir məlumat daxil olub. Məlumatda bildirilir ki, artıq Əlixan Məlikov “Xəzər boru” məsələsində kimlərləsə anlaşa bilib. Ona konkret olaraq Dövlət Neft Şirkətində vəzifə veriləcəyini deyən mənbə bildirir ki, əslində bu təklif hansısa bir şəxs tərəfindən gəlib. Mənbə həmin şəxsin Rövnəq Abdullayev olduğunu da istsina etmir.
    Belə çıxır ki, Əlixan Məlikov “Xəzər boru” məsələsində tutduğu mövqeyin “ənam”ını indi almağa çalışır: “O vaxt ona tapşırmışdılar ki, sussun. O da səsini çıxarmadı və Zülfüqarlı qardaşlarını meydanda tək qoydu. Indi də vəzifəyə gedir deyə, Zülfüqarlı qardaşları ilə arasında ciddi münaqişə yaşanır”.
    Mənbə onu da qeyd edir ki, “Xəzər boru” zavodu MDB-də analoqu olmayan zavoddur. Hətta bu zavodun açılış mərasimində ölkə başçısı da iştirak edib. Zavodun ARDNŞ rəhbərliyi tərəfindən ələ keçirilməsi və bunun müqabilində Əlixan Məlikova vəzifə təklif olunması isə başqa qaranlıq məqamlarda xəbər verir. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

    Bizimxeber.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31