Həkim bildiriblər ki, bu durumda onu tərpətmək belə olmaz
Türkiyənin İstanbul Memorial Xəstəxanasının həkimi ağır vəziyyətdə olan Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhətilə əlaqədar Bakıya gəlib. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva ANS-ə bildirib ki, müayinədən ümidverici cavab almayıblar. Sənətkar 4 gündür yenidən ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Türkiyəli həkim Yaşar Nurinin vəziyyətini ağır qiymətləndirir.
“Həkimi Bakıya dəvət etdik ki, gəlsin baxsın, yerində qiymət versin. Dedik ki, lazımdırsa, onu İstanbula aparaq. Həkim gəldi baxdı, məsləhətləşmələr aparıldı və bildirdilər ki, bu durumda onu heç yerindən tərpətmək belə olmaz. Onun səhhətinin çox ağır və kritik olduğunu bildirdilər. İndi müalicə üsulunu dəyişdirəcəklər. Amma bu ona nə verəcək?”, - deyə Rəhimə Nuriyeva bildirib.