Müsavat ADP sədrinə cavab verdi

Şrift : |
Tarix :23-11-2011, 20:11
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 266 dəfə
Like :
Like :

    Gülağa Aslanlı: "Məncə o, gücünü daha enerjili işlərə sərf etsə cəmiyyətə daha çox xeyir verə bilər"

    Ötən gün Azərbaycan Demokrat (ADP) partiyasının sədri Sərdar Cəlaloğlu Bizimxebercom xəbər portalına açıqlama verərək ölkədəki siyasi durum və müxalifətdaxili problemlərə münasibət bildirmişdi. Ancaq ADP sədrinin İctimai Palata (İP) ilə bağlı söylədiyi fikirlər müxalifət düşərgəsində birmənalı qarşılanmadı. Qeyd edək ki, S. Cəlaloğlu İctimai Palatanı iki partiyanın AXCP və Müsavat Partiyasının monopoliyası altında olan bir qurum adlandırmışdır. Ona görə də, ADP sədrinin fikirlərinə də ilk cavab Müsavat Partiyasından gəldi. Müsavat başqanının müavini Gülağa Aslanlı Bizimxeber.com saytına bildirdi ki, Sərdar Cəlaloğlunun İP-lə bağlı söylədikləri həqiqəti əks etdirmir: "Hamıya məlumdur ki, İctimai Palata 2010-cu ilin parlament seçkilərindən sonra yaranıb. Seçkinin nəticələrindən narazı olan namizədlər və seçkidə iştirak edən şəxslər tərəfindən yaradılmış bu qurum həmişə cəmiyyətin bütün təbəqələrinə açıq olub. Eyni zamanda seçkinin nəticələrindən narazı olan hər hansı bir şəxs Koordinasiya Şurasına müraciət edibsə, İP-ya üzv qəbul olunub. İP-in katibi kimi deyə bilərəm ki, indiyə qədər bu quruma üzv olunmaq istəyən heç bir kəsə məhdudiyyət qoyulmayıb. Koordinasiya Şurasına müraciət edənlərin hamısı İP-ə üzv qəbul olunub. Sərdar Cəlaloğlunun hansı məhdudiyyətlərdən danışması açığı mənə çatmır. Çünki bu qurumda heç bir məhdudiyyət yoxdur. ADP-nin özündən olan bəzi şəxslər belə İP-in üzvlüyünə qəbul olunub. Belə bir halda, Sərdar Cəlaloğlunun məhdudiyyətlərdən danışması düzgün deyil".

    Digər müxalif partiyaların İP-da təmsil olunub-olunmamasına gəlincə, G.Aslanlı bildirdi ki, bu həmin partiyaların şəxsi işidir: "Hansı partiya burada təmsil olunmursa, bu, həmin partiyanın şəxsi işidir. Ancaq bu gün İP-də AMİP, KXCP, VHP və hətta Ümid Partiyasının üzvləri də var. Bunlar seçkinin nəticələrini tanımayan şəxslərdir və bu qurumda birləşiblər. Amma bir məsələ də var ki, özlərini konstruktiv müxalifət adlandıran və seçkinin nəticələrini bəyənib hakimiyyətlə saziş imzalayan partiyaların sədrləri İP-də təmsil oluna bilməzlər. Çünki onlar seçkinin nəticələrini tanıyıblar, İP isə tanımayıb".

    Sərdar Cəlaloğlunun İctimai Palatanı iki partiyanın monopoliyasında olan bir qurum adlandırmasına münasibət bildirən Gülağa Aslanlı ADP sədrinin daha səmərəli işlərlə məşğul olmağa çağırdı: "Son zamanlar Sərdar Cəlaloğlu bütün işini-gücünü ancaq İctimai Palatanın tənqidinə yönəldib. Məncə o, gücünü daha enerjili işlərə sərf etsə, cəmiyyətə də daha çox xeyir verə bilər. Onun potensialının yüksək olduğunu mən də bilirəm. Amma təəssüf ki, o, aidiyyəti və dəxli olmayan söhbətlər edir. Axı, həmin partiyalara İctimai Palata tərəfindən yox deyilməyib. Sadəcə müzakirə olunub ki, İctimai Palata formatı özünü təsdiq etmiş formatdır və yeni bir qurumun yaranmasına ehtiyac yoxdur. Biz bir daha bəyan etmişik ki, kim istəyirsə İP-də təmsil oluna bilər, bu qurumun qapısı həmişə seçkinin nəticələrindən narazı olan qüvvələrin üzünə açıqdır".


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31