Bu yaxınlarda CATEL, yəqin ki, fəaliyyətini bərpa edəcək.
Bunu jurnalistlərlə söhbətində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, CATEL mobil operatorları ilə, xüsusilə də Azerfonla danışıqlar aparır.
“Həmçinin dövlət operatorları olan Aztelekom və Bakutelekomla da danışıqlar aparılır. Yəqin ki, bu yaxınlarda CATEL fəaliyyətini bu operatorlardan birinin daxilində bərpa edəcək”.
7GUN.AZ