Müğənnilərimiz xəstə uşağın müalicəsi üçün oxuyacaqlar
Şou-biznes ulduzları ürək xəstəliyindən əziyyət çəkən körpəni xilas etməyə çalışacaq. ANS PRESS-in məlumatına görə, bu məqsədlə dekabrın 25-də “Hezz klub”da şou-biznesin tanınmış simalarının iştirakı ilə xeyriyyə konserti keçiriləcək. Konsertin təşkilatçıları Abbas Quliyev və Nərgiz Kərimova əldə olunan vəsaitin Lerikdə doğulan 4 yaşlı körpənin müalicəsinə sərf olunacağını bildirirlər.
Xeyriyyə gecəsində Samirə, Roza Zərgərli, Tünzalə Ağayeva, Natəvan Həbibi, Sevda Yahyayeva, Aysel Teymurzadə, İlhamə Qasımova və başqaları iştirak edəcək.