Hökümətin 87 milyonluq kamera"şaka"sı

Şrift : |
Tarix :7-12-2011, 12:53
Bölmə : Xəbərlər
Kömək :    
Baxılıb : 170 dəfə
Like :
Like :

    Şəhərin müxtəlif yerlərində quraşdırılan izləmə kameraları niyə işləmir?

    Yazıçı-publisist Rafiq Tağının bıçaqlanmasından sonra şəhərdə quraşdırılan kameraların işləməməsi əsas müzakirə mövzularından birinə çevrilib. Xatırlayırsızsa, 2009-cu ildə şəhərin əksər küçələrində “Təhlükəsiz şəhər” layihəsi böyük səs-küylə ictimaiyyətə təqdim olundu. Xüsusi qeyd olundu ki, bundan sonra şəhərdə baş verən cinayətlərin demək olar ki, hamısı açılacaq.

    Bu proyektə büdcədən 10 milyon manat ayrıldığını və bu rəqəmin artırılacağını da demişdilər. Bu layihə gerçəkləşib sona çatmamış daha bir layihə - “Nəqliyyatın İntellektual idarə olunması” sisteminin icrasına başlandı. Artıq şəhərin dörd bir tərəfində bu layihə çərçivəsində də minlərlə kamera quraşdırılıb. Bu layihə də büdcədən 77 milyon manat “yeyib”.
    Üst-üstə büdcə pullarından, yəni xalqın cibindən bu layihələrə 87 milyon manat xərclənsə də, vətəndaşların təhlükəsizliyi baxımından faktiki heç nə dəyişməyib.
    R.Tağının bıçaqlandığı ərazidə bu layihələr çərçivəsində quraşdırılan azı 10 kamera var. Amma həmin kameraların heç biri işləmir. Noyabrın 8-də axşam 20 radələrində “Yeni Müsavat”ın əməkdaşı Elşad Məmmədliyə qarşı avtoxuliqanlıq edildi. O, öz maşını ilə gedərkən arxadan gələn Az 10 LP 050 nömrəli “CİP” ötmə əməliyyatı qaydasını pozaraq onun maşınının sağına keçib, qəza şəraiti yaratdı. Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərdən sonra bəlli oldu ki, ərazidə quraşdırılan kameralar işləmir. Təxminən 1 həftə əvvəl “Yeni Müsavat”ın gecə növbəsində çalışan sürücünün idarə etdiyi “Nissan-Tida”nı “VAZ-2107" markalı avtomobil əzərək hadisə yerindən qaçıb. Yenə də araşdırmalar zamanı aydın olub ki, ərazidə quraşdırılan kameralar işləmir. Belədə sual olunur - büdcədən bu layihələrə ayrılan 87 milyonun xərclənməsi nəyə gərək idi? Müqəvva-kameraların şəhərin dörd bir tərəfində quraşdırılması kimə lazımdır?
    Bu suallara milyonları mənimsəyən məmurlarımız cavab verməlidirlər.

    Musavat.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31