DataLife Engine > Xəbərlər > Prezident İlham Əliyev bu gün İsveçrəyə işgüzar səfərə yola düşüb
Prezident İlham Əliyev bu gün İsveçrəyə işgüzar səfərə yola düşüb25-01-2012, 14:32. Разместил: cavid |
|
Dövlət başçısı Davos İqtisadi Forumunun işində iştirak edəcək
Prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik dünya İqtisadi Forumunda iştirak etmək üçün bu gün İsveçrəyə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev beynəlxalq aeroportunda dövlət və hökumət rəsmiləri yola salıb. Qeyd edək ki, bu gün Davosda sayca 42-ci ümumdünya İqtisadi Forumu işə başlayır. İclasa 2500-dən çox nümayəndənin qatılacağı gözlənilir. Onların arasında dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri və biznes elitasının təmsilçiləri var. Forumda dünya maliyyə böhranın nəticələrinin aradan qaldırılması və avrozona ölkələrinin üzləşdiyi borc böhranından çıxış yolları müzakirə olunacaq. Вернуться назад |