Mirmahmud Mirəlioğlu Qarabağ Komitəsini parçalayır?

Şrift : |
Tarix :13-02-2019, 02:48
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 414 dəfə
Like :
Like :

    7gun.az saytının əldə etdiyi məlumata görə Qarabağ Komitəsində ciddi fikir ayrılıqları özünü göstərməyə başlayıb. Qarabağ Azadllq Təşkilatının sədri Akif Nağının təşəbbüsü ilə yaradılan Qarabağ Komitəsi bir müddət özünün qarşıya qoyduğu məqsədlər uğrunda fəaliyyət göstərsə də, komitəyə qoşulan bəzi siyasi partiyaların rəhbərlərinin, xüsusilə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun liderlik davası aparması ciddi problemlər yaradıbdır.

    Qarabağ Komitəsində quruplaşmaların formalaşması barədə də məlumatlar əldə etmişik. Komitəyə üzvlük prosesi başlayan vaxtdan siyasi partiyaların üzvlərini səsvermə zamanında daha çox səs qazanmaq imkanı əldə etmələri üçün komitəyə yerləşdirmələri artıq öz “bəhrəsini” vermişdir.

    Qarabağ Komitəsində Mirmahmud Mirəlioğlu- Akif Nağı qarşıdurması pik nöqtəsinə gəlib çatıb. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyinin eyni mövqedə olmaları, tanınmış jurnalist Əvəz Zeynallının qruplaşmalarla məsafə saxlaması, AĞ Partiyanın sədri Tural Abbaslının rəhbərlik etdiyi təşkilatın mövqeyini öndə tutması Mirmahmud Mirəlioğlunu KXCP üzvlərini komitəyə üzv etdirməklə səs çoxluğu əldə etmək məcburiyyətində qoymuşdur.

    Mirmahmud Mirəlioğlu Akif Nağının komitədə ciddi nüfuza və dəstəyə malik olmasının qarşısında mübarizə metodunu dəyişərək konkret hücumlara başlayıb. Artıq komitənin iclaslarında Akif Nağıya qarşı radikal çıxışlar edən Mirmahmud Mirəlioğlu özünün lider görüntüsünü yaratmağa çalışır.

    Proqnozlar göstərir ki, Akif Nağı ilə Pənah Hüseynin eyni pozisiyada olmaları, komitənin üzvü İsgəndər Həmidovun iclaslarda könülsüz iştirakı Mirmahmud Mirəlioğlunu yaxın vaxtlarda çətin duruma salacaqdır.

    Rafiq Çağlar


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!