Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

Şrift : |
Tarix :22-02-2019, 20:22
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 160 dəfə
Like :
Like :

    Hüquq müdafiəçisi Oktay Gülalıyev feysbuk səhifəsində ""Tərtər" işi və "Gəncə işi" ilə bağlı susmamağa, baş verənləri ciddi şəkildə araşdırmağa çağırıram!" adlı status paylaşıb.

    7GUN.az olaraq həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq.

    Son zamanlar soydaşlarımızın müxtlif formalarda ağır işgəncələrə məruz qalması, qanunsuz şəkildə total həbs edilməsi və vəhşicəsinə qətlə yetirilməsi ilə müşayət olunan hadisələr baş verir. Bu hadisələr içində "Tərtər işi" (hərbçilərin işgəncələrlə öldürülməsi və uzun müddətə həbs edilməsi) və "Gəncə işi" (Elmar Vəliyevin güllələnməsi olayından sonra müəmmalı şəkildə 9 nəfərin öldürlüməsi və 77 nəfərin həbs edilməsi- red.) çox ciddi hadisədir. Bu gün yüzlərlə ailə, minlərlə insan həmin qətliamların, ağır işgəncələrin və kütləvi həbslərin əzabını yaşayırlar.

    Mən bir hüquq müdafiəçisi olaraq hesab edirəm ki, hər iki işdə siyasi motivlər var və hər iki iş diqqətlə araşdırılmalıdır. Artıq biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq. Və ilkin olaraq xeyli məlumatlar əldə etmişik.

    Yaxın günlərdə "Tərtər işi" ilə bağlı ilk qənaətimi sizlərlə bölüşəcəm. "Gəncə işi" ilə bağlı öldürülən və həbs olunan şəxslərin yaxınlarını çox ciddi şəkildə qorxudur və təhdid edirlər ki, bizlərlə, vətəndaş cəmiyyəti fəalları, mətbuatla əlaqəyə girməsinlər. Hər hansı məlumat paylaşmasınlar. Guya hər şey yaxşı olacaqmış. Amma artıq "yaxşı olacaq" işlərin ilk simptomları görünməkdədir. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 11 nəfərə ağır cəza veriblər- 7,6 ildən 9 ilə kimi onları azadlıqdan məhrum ediblər. Hazırda Sabunçu rayon məhkəməsində 3 qrup üzrə məhkəmə prosesi başlayıb və s.

    Qoy "Gəncə işi" ilə bağlı qoxudulan və ya aldadılan vətəndaşlarımız bilsinlər ki, onlara verilən vədlər boş və yalandır. Bu günki məhkəmə qərarı da onu sübut edir. Nə qədər gec deyil, bizimlə, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etsinlər. Həqiqətləri deyib, məlumatları paylaşsınlar.

    Müstəqil mətbuatı, ictimai- siyasi fəalları, vicdanlı insanları "Tərtər" işi və "Gəncə işi" ilə bağlı susmamağa, baş verənləri ciddi şəkildə araşdırmağa çağırıram!


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!