Okyat Gülalıyev “Gəncə işi” ilə bağlı

Şrift : |
Tarix :4-03-2019, 00:56
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 46 dəfə
Like :
Like :

    Gəncədəyik. 2018- ci ilin yayında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsindən sonra həbs olunmuş bir qrup şəxsin ailə üzvləri ilə görüşdük. Övladları ağır işgəncələrə, ittihamlara və cəzaya məruz qalmış valideynləri dinlədikcə adam dəhşətə gəlir. Bir daha aydın olur ki, Azərbaycanda hüquq və insan haqları adına nə varsa dəfn ediblər...

    Valideynlərin verdiyi məlumata görə " Gəncə işi" ilə bağlı həbs olunan şəxsin heç bir müdafiə hüququ təmin olunmayıb. Onların işində bir nəfər də olsun müstəqil vəkil iştirak etməyib. Bu günə qədər təqsirləndirilən şəxslərə İttiham Aktı və məhkəmə hökmü verilməyib (!?). Həbs olunanların bir çoxu hətta hansı maddələrlə ittiham olunduqlarını bilmirlər (!?). Onlara CM- nin ağır və fərqli maddələri ilə cinayət işi açıblar. 14 nəfər haqqında artıq məhkəmə hökmü çıxarılıb...

    Həbs olunanlar sadə, kasıb insanların övladlarıdır. Çoxu övladlarının məhkəməsində iştirak etmək üçün Bakıya gedə bilmirlər. Onlara aylarla yanına gedib sovqat apara bilmirlər. Yeri gəlmişkən Gəncədə keçirilməli olan məhkəmə Bakıda Sabunçu rayon məhkəməsində keçirilir ki, insanlar öz doğmalarının məhkəməsində iştirak edə bilməsinlər. Məhkəmə önündə izdiham və kütləvilik olmasın...

    Hazırda "Gəncə işi" ilə bağlı ən azından 50- dən çox şəxs həbsdədir. Onların işində siyasi motivlər var. Bu motivləri araşdırmağa və hüquqi dəstək olmağa çalışacayıq. Müstəqil vəkillərə ehtiyac var...

    Hər kəsi bu işdə dəstək olmağa, aidiyyatı qurumları isə "Gəncə işi" ilə bağlı həbs olunanların işini ədalətli araşdırmağa və qərar verməyə çağırırıq!


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!