Bayram Məmmədov ona verilən işgəncələrdən danışıb

Şrift : |
Tarix :3-04-2019, 01:45
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 154 dəfə
Like :
Like :

    "Məni rezin kameraya salıb, bir sutka əllərim və ayaqlarım bağlı vəziyyətdə, üzü üstə saxladılar. Yumruq-təpiklə döyürdülər. Mən işgəncəyə öyrəşmişəm, amma görünür, bunlar təcrübəsiz idilər, üzümə vururdular."

    Bu barədə Bayram Məmmədov aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində deyib.


    Gənc fəal Məmmədov üzündəki xəsarətləri – burnunun üzərində, sağ gicgah nahiyəsində, qulağındakı qançırları hakimə göstərib. Bildirib ki, martın 17-də həbsdən buraxılıb, ertəsi gün onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırıblar. Bölmədən də Sabunçu Rayon Polis İdarəsinə aparıblar:

    "Orada mənə dedilər ki,`sənin başın ağrıyacaq`. Həbsdən buraxılmamışdan əvvəl də mənə eyni şeyləri deyirdilər. Buraxdılar, sonra yenə polisə çağırırdılar. Martın 30-da bölmədən idarəyə aparmaq adıyla çıxarıb birbaşa məhkəməyə apardılar. 30 sutka inzibati həbs qərarı verib Binəqədi təcridxanasına gətirdilər. Ora çatan kimi rezin otağa saldılar. Döyürdülər, şillə-yumruq...".

    Bayram Məmmədov heç bir inzibati pozuntuya yol vermədiyini deyib. Hakim ondan işgəncəyə məruz qalmasının səbəbini soruşanda belə cavab verib:

    "Bayram Məmmədov - heykəl məhbusudur, hər şey aydındır da...".

    Bayram Məmmədov onu da bildirib ki, təcridxanada onu döyənlərdən ikisi hazırda məhkəmə zalında onun yanında əyləşiblər. Həmin şəxslər Məmmədovu təcridxanadan məhkəməyə gətirib-aparanlar idi. Onlardan biri Pənah adlı şəxs idi. Amma heç biri Bayram Məmmədovun dediklərinə münasibət bildirməyib.

    Məhkəmənin qərarında yazılıb ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin qarşısından keçəndə söyüş söyüb. Onu intizama dəvət edən polis əməkdaşının tələbinə tabe olmayıb.

    Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov aprelin 2-də gənc fəalın 30 sutka həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

    Martın 17-də əfv sərəncamıyla azadlığa buraxılan Bayram Məmmədov martın 30-da yenidən saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisə müqavimətdə təqsirli bilinərək, ona 30 gün inzibati həbs cəzası verilib.

    Rəsmi qurumlar Bayram Məmmədovun həbsinin səbəbləri və onun işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə dediklərinə hələ münasibət bildirməyib. /amerikaninsesi.org/


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!