Polis əməkdaşları yenə Qiyas İbrahimovu aparmağa gəliblər

Şrift : |
Tarix :3-04-2019, 01:49
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 144 dəfə
Like :
Like :

    Saat 15:45-də polis əməkdaşları yenidən Qiyas İbrahimovu aparmağa gəliblər.

    Onlar qapını döyür və Qiyas İbrahimovun çıxmasını tələb edirlər.

    Hazırda mənzildə İbrahimov və ailə üzvləri ilə birlikdə bir qrup jurnalist də var.

    Polis nümayəndələri İbrahimova aprelin 3-də saat 16:00-dan 18:00-a qədər Bakı Şəhər Baş Polis İdarəsinə gəlməsi zərurəti haqqında bildiriş gətiriblər.

    Bildirişdə dəvətin səbəbləri və onu hansı vəzifəli şəxsin dəvət etdiyi göstərilməyib.

    Bildirişi Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəisi Elnur Hüseynov imzalayıb.

    İbrahimov jurnalistlərin müşaiyəti ilə polis idarəsinə getmək qərarına gəlib. Bununla belə, onun evinin həyətində polis əməkdaşları var.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!