Cavid Şirəliyev: "Jurnalistlərin rəsmi sorğularına belə cavab vermirlər"

Şrift : |
Tarix :28-08-2019, 19:51
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 126 dəfə
Like :
Like :

    Ölkədə rüşvət və korrupsiya halları dövlət idarəetmə orqanlarının bütün strukturlarına nüfuz edib, onları iflic vəziyyətinə salıb. Elə bu səbəbdəndir ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması və mövcud problemlərin həll olunması müşkülə çevrilib.

    Bu sözləri 7GUN.az saytının rəhbəri Cavid Şirəliyev özünün feysbuk səhifəsində yazıb:

    "Dövlət idarə, müəssisə və təşkilat rəhbərləri müstəqil medianın, hətta jurnalistlərin rəsmi sorğularına belə cavab vermirlər. İdarəetmə sistemində yaranmış anormal vəziyyətə görə məmurların özbaşınalığı, qanunlara sayğısız münasibətləri əndazəni aşıb.

    Hakimiyyətin yüksək dairələri dövlət əmlakının mənimsənilməsini və korrupsiya əməliyyatlarını əsasən təsərrüfat sahələrində həyata keçirirlər. Bu sahələrdən ən çox diqqəti çəkən Mənzil-Kommunal Təsərrüfat Birlikləri, Su Təsərrüfatı və Enerji Təchizatı İdarələridir.

    Mən, jurnalist olaraq Astara, Cəlilabad, Qazax və Göygöl rayonlarının Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, həmçinin Masallı rayon Viləş Su Anbarının fəaliyyətləri ilə bağlı araşdırma aparmaq məqsədi ilə rəsmi informasiya sorğusu göndərmişəm. Qanunla müəyyən edilmiş müddət başa çatsa da, lakin sözügedən müəssisələr sorğulara cavab verməmişdir. Məhz buna görə də aidiyyati üzrə məhkəmələrə müraciət etmişəm.

    Belə qənaətə gəlirəm ki, hakimiyyət orqanlarındakı anarxiya məmurlara özbaşınalıqlar etməyə və qanunları mütamadi olaraq pozmağa və riayət etməməyə şərait yaradır. Bu halların kökündə isə ölkədəki rüşvət və korrupsiya ierarxiyası dayanır.

    Ölkədə söz və mətbuat azadlığına, jurnalist araşdırmalarına hakimiyyət sayğısız münasibət göstərir, jurnalistlərin fəaliyyətlərinə davamlı olaraq süni maneələr və əngəllər yaradılır. Məmurların hakimiyyətə sığınaraq jurnalistlərin peşə fəaliyyətlərinə mane olması, müstəqil medianın və jurnalistlərin şifahi və ya yazılı sorğularına cavab verilməməsi ölkədə söz və mətbuat azadlığının hansı durumda olmasından xəbər verir.

    Azərbaycan iqtidarı Avropa Şurası və digər beynəlxalq birliklər qarşısında söz və mətbuat azadlığı sahəsində götürdüyü öhtəliklərə əməl etmir. Məhz bu səbəbdən də müstəqil media sıradan çıxarılıb, ümummilli problemləri araşdıran mətbuat orqanlarının fəaliyyət dairələri məhdudlaşdırılıb, bir çox jurnalistlər sırf peşə fəaliyyətlərinə görə şərlənib, təqib, təhdid və təzyiqlərə məruz qalıb, hətta əsassız və qanunsuz olaraq həbs olunublar"- deyə Cavid Şirəliyev bildirib.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!