Karat MTK vətəndaşın hüquqlarını pozur

Şrift : |
Tarix :11-10-2019, 23:48
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 166 dəfə
Like :
Like :

    7GUN.az-a daxil olan məlumata görə Milli Məclisin deputatı Əsabil Qasımovun himayəsində olduğu bildirilən Karat MTK-ın vəzifəli şəxsləri Bakı şəhər Yasamal rayonu İzmir küçəsindəki 7 b saylı binanın 23-cü mənzilinin suyunu kəsib.

    Məlumata görə onlar mənzilin sahibi Mahi Axmedovnadan kommunal xərclər adı altında qeyri-rəsmi olaraq 2400 manat pul tələb edirlər. Həmin məbləğin hansı hesaba köçürüləcəyi barədə mənzil sahibinə heç bir məlumat verilmir. Mahi Axmedovnanın hüquqlarının müdafiəsi məqsədi ilə Yasamal rayon Məhkəməsinə müraciət etməklə yanaşı, digər dövlət orqanlarına da şikayətlər etdiyi bildirilir. Əldə etdiyimiz məlumata görə deputat Əsabil Qasımov səlahiyyətlərindən sui-istifadə edərək himayə etdiyi Karat MTK ilə bağlı dövlət orqanlarında olan şikayətlərin obyektiv araşdırılmalarına təsir və təzyiq göstərir.

    7GUN.az-a daxil olan başqa bir məlumata görə Karat MTK-nın rəhbərliyi mənzil alan vətəndaşların ödənişlərinə uyğun olmayan maliyyə arayışları verir. Belə ki, Karat MTK-dan mənzil alan vətəndaşın ödədiyi məbləğlə ona verilən maliyyə arayışı arasında əsaslı fərq var. Vətəndaş aldığı mənzilə görə 90.000 manat ödədiyi halda, ona 35.000 manat ödəniş etməsi barədə maliyyə arayışı verilmişdir (rəqəmlər şərtidir-red).

    Bu hallar tam sübut edir ki, Karat MTK-nın rəhbərliyi maliyyə fırıldaqlarını həyata keçirir.

    Mövzu ilə bağlı geniş araşdırmalarımız olacaq.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!