Repressiya və İşgəncələr Əleyhinə Komitə son həbslər və işgəncələrlə bağlı bəyanat yaydı

Şrift : |
Tarix :23-10-2019, 01:32
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 132 dəfə
Like :
Like :

    19 və 20 oktyabrda Bakı şəhərində keçirilən dinc etiraz aksiyalar zamanı iştirakçılara zor tətbiq edən, onlara işgəncə verən vəzifəli şəxslər dərhal məsuliyyətə cəlb olunmalı, onlar haqqında ciddi ölçü götürülməlidir.

    7GUN.az-ın məlumatına görə bu sözlər Repressiya və İşgəncələr Əleyhinə Komitənin bəyanatında qeyd edilib. Həmin bəyanatı olduğu kimi təqdim edirik:

    "Son zamanlar Azərbaycan hakimiyyətinin dinc, günahsız insanlara qarşı həyata keçirdiyi repressiyalar yenidən şiddətlənib. Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr 2019- cu ildə Bakı şəhərində ölkə konstitusiyası və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq aidiyyatı qurumları öncədən xəbərdarlıq etməklə keçirmək istədiyi mitinq güc strukturları tərəfindən zorakalıqla dağıdılıb. Nəticədə 300 nəfərdən çox şəxs saxlanılıb. Onlar arasında jurnalistlər, qadınlar, yeniyetmələr və yaşlı insanlar da olub. Mitinqin təşkilatçılarından olan aparıcı müxalifət liderlər AXCP sədri Əli Kərimli, Qarabağ qazisi Tofiq Yaqublu, istiqlalçı millət vəkili İbrahim İbrahimli başda olmaqla çox saylı insanlara ağır işgəncələr verilib. Xüsusən hal- hazırda inzibati həbsdə olan, işgəncələrə məruz qalmış Tofiq Yaqublunun sağlıq durumu qeyri- müəyyəndir və narahatlıq doğurur. Hazırda 30 nəfərdən çox şəxs qanunsuz olaraq həbsdədir. Eləcə də AXCP fəalı Paşa Umudov haqqında Cinayət Məcəlləsinin 234.2- ci maddəsi ilə cinayət işi açılıb və haqqında məhkəmə qərarı ilə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

    Təəssüf doğuran haldır ki, 19 oktyabrla bağlı baş verənlər barədə respublika baş prokurorluğu ciddi ölçü götürmək əvəzinə qeyri- ciddi, böhtan xarakterli açıqlamalar yayaraq çox saylı işgəncə hallarını, polis zorakalığını ört- basdır etməyə çalışır. Məsuliyyətsiz açıqlamaları ilə işgəncəyə, qanunsuzluğa məruz qalan insanları, bütünlükdə xalqı ələ salır, təhqir edir.

    Milli Şuranın təşkil etdiyi mitinqdən bir gün sonra- 20 oktyabrda Bakı şəhərində əsasən xanımların təşkilatçılığı ilə keçirilən “Qadınlara şiddətə son” aksiyası da eyni qaydada zorakalıqla dağıdılıb. “Şiddətə son” tələb edənlərin özləri polis tərəfindən şiddətə məruz qalıblar.

    Hakimiyyətin dinc, günahsız insanlara sərgilədiyi son qanunsuz hərəkətlər, zorakalıqlar və repressiyalar bununla bitmir. Şəki Apelliyasi məhkəməsində “Tərtər işi” ilə bağlı keçirilən məhkəmə prosesində hakim Mirbahəddin Hüseynov hərbçilərin ölümündə iştirak edən Müdafiə nazirliyinin keçmiş vəzifəli şəxslərini müdafiə edərək zərərçəkən hərbçi ailələrini məhkəmə zalından qovub. “Gəncə işi” ilə bağlı keçirilən son məhkəmələrdə ənənəvi qaydada ədalətsizliyə yol verilib, günahı olmayan şəxslərə aşırı cəza kəsilib. Eyni zamanda İstintaq Təcridxanasından Cəza Çəkmə Müəssisəsinə köçürülən “Gəncə məhbusları”- na nəzarət gücləndirilib. Onlarla təmas quranlar cəzalandırılıb. Siyasi məhbus Əhsən Nuruzadə Gəncə məhbusları ilə münasibətinə görə 6 saylı CÇM- dən 17 saylı CÇM- nə köçürülüb. Həbs yerlərində olan bir çox siyasi məhbusların, o cümlədən Əfqan Muxtarlının, Ruhulla Axundzadənin, Fuad Əhmədlinin, Şəmil Əbdüləliyevin, Cahid Balakişiyevin və digərlərinin səhətində problemlər var. Onların normal müalicəsinə lazımi şərait yaradılmır.

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hesab edir ki, 19 və 20 oktyabrda Bakı şəhərində keçirilən dinc etiraz aksiyalar zamanı iştirakçılara zor tətbiq edən, onlara işgəncə verən vəzifəli şəxslər dərhal məsuliyyətə cəlb olunmalı, onlar haqqında ciddi ölçü götürülməlidir. Həbs olunan bütün şəxslər, eləcə də həbsdə olan siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılmalıdır. Eyni zamanda Tərtər və Gəncə hadisələri ilə bağlı məhkəmə proseslərində hakimlik adına yaraşmayan hərəkətlərə yol verən, saxta və ədalətsiz hökmlər çıxaran hakimlər tutduqları vəzifədən xaric edilərək məsuliyyətə cəlb olunsunlar".


Xəbər lenti

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması təsədüf, yoxsa sui-qəsddir? Əlövsət Sadıqlı yazır

Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Oqtay Gülalıyevi xilas edərkən... -FOTO

HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır

Cəmil Həsənli: "Ölkədə söz və mətbuat azadlığı yoxdur"

Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib

Oqtay Gülalıyevə yardım məqsədilə Beynəlxalq Bankda hesab açılıb -FOTO

Oqtay Gülalıyevin həyatı hələ də təhlükə altındadır

Hüquq müdafiəçisinin vəziyyəti ağır stabildir

Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarı dəyişdirilmədi

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!