Qondarma məhkəmə oyunları davam edir

Şrift : |
Tarix :12-11-2019, 02:03
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    Ölkədə müstəqil mətbuata və jurnalistlərə qarşı təqib, təhdid və təzyiqlər davam edir. Bir çox hallarda jurnalistlər peşə fəaliyyətinə görə qondarma ittihamlarla inzibati və ya cinayət məsuliyyətinə cəlb olunurlar. Məlum olan odur ki, hakimiyyətin söz və müstəqil mətbuata qarşı münasibəti yaxşı mənada dəyişmir, şübhəsiz, bundan sonra da dəyişməyəcək.

    Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov mənim barəmdə 2-ci dəfə şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Buna səbəb rəhbəri olduğum 7GUN.az saytında "Masallının bəxtinə çıxan bəla- Rafil Hüseynov" başlıqlı və "Yarıtmaz idarəetmə sisteminin başında mövcud hakimiyyət dayanır" yarımbaşlıqlı, həmçinin "Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!" başlıqlı və "Zeynal Nağdəliyevin himayə etdiyi Rafil Hüseynov rayonu viran qoyub" yarımbaşlıqlı məqalələrin dərc edilməsi olmuşdur. Artıq mənim iştirakım olmadan 07 noyabr 2019-cu tarixdə hakim Habil Bəhmənovun sədirliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

    Qeyd edim ki, bundan bir neçə ay öncə Masallı rayonunda höküm sürən özbaşınalıqlar və haqsızlıqlar barədə Prezident İlham Əliyevə göndərdiyim müraciəti öz facebook profilimdə yaydığım üçün İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə Masallı rayon Məhkəməsinə müraciət etmişdi. Hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə mənim sözügedən müraciətimin müvafiq ekspertizadan keçirilməsi üçün qərar qəbul edilmişdir. Ekspertiza mənim müraciətimin hüquqi araşdırma tələb etdiyi barədə rəy vermişdir. Lakin hakim Habil Bəhmənov heç bir hüquqi araşdırma aparmadan və mənim iştirakım olmadan 04 noyabr 2019-cu il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun iddiasını qismən təmin edən qətnamə çıxartmışdır. Rafil Hüseynovun rəhbərlik etdiyi rayonda məhkəmənin obyektiv araşdırma aparmayacağını və ədalətli qərar qəbul etməyəcəyini bildiyimə görə, məhkəmənin Masallı rayonunda keçirilməsinə etiraz etmişdim. Hakim Habil Bəhmənov isə mənim etirazımı təmin etməmişdir. Bildirirəm ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun qanunazidd əməl və hərəkətləri barədə dərc etdiyim məqalələr rayon ictimaiyyətinin məlumatları əsasında yazılıb. Aidiyyatı dövlət qurumları isə müraciətlərimə baxmayaraq, müvafiq araşdırmalar aparmaqdan yayınırlar. Şübhəsiz ki, bu münasibətin kökündə rüşvət və korrupsiya dayanır.

    Cavid Şirəliyev

    7gün ; 7gun ; 7günaz ; 7gunaz ; 7gün.az ; 7gun.az ; 7güntv ; 7guntv ; 7 gün ; 7 gun ; 7 günaz ; 7 gunaz ; 7 gün.az ; 7 gun.az ; 7 güntv ; 7 guntv


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya