İlkin Rüstəmzadə həbsxanada yaşadığı dəhşətlə bağlı ictimaiyyətə müraciət edib

Şrift : |
Tarix :7-07-2018, 01:52
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 564 dəfə
Like :
Like :

    İlkin Rüstəmzadə həbsxanada yaşadığı dəhşətlə bağlı ictimaiyyətə müraciət edib


    İlkin Rüstəmzadə həbsxanada yaşadığı dəhşətli məhrumiyyətlərlə bağlı ictimaiyyətə müraciət edib
    Müraciəti İlkin Rüstəmzadənin bacısı fb vasitəsilə yayıb:
    “Artıq 6-cı ildir ki,həbsdəyəm.Və ilk dəfədir ki,özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram, nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər. Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar. Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki,gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar.
    Sonra zabitlərdən bir neçəsi gəldi ki, sənə qarşı yanlışlıq olub. Sənə qarşı bir də heç nə olmayacaq. Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr. Sıra yoxlamasına niyə çıxmırsan? Çıxmışam! Gəl izahat yaz. Töhmət, get.
    İsveçdə yaşayan qız dostuma zəng edirəm. Dərhal əməliyyatçılar gəlirlər. Bu haranın kodudur belə? Nə? İsveç? Xatalı ölkədir, olmaz. 2 ay əvvəl onurğamın üstündəki kistadan əməliyyat oldum. (Prezidentin imzalayacağı əfv sərəncamı ərəfəsi idi deyə mərhəmət dilənçisi kimi görünməmək üçün ailəmə 1 ay sonra məlumat verdim) Həkimin mənə əməliyyatdan sonrakı sözü: ”Bilirik əməliyyat olmusan, vəziyyətin də yaxşı deyil, amma yuxarıdan tibb hissəsində qalmağına icazə verilmir.”
    İnformasiya çıxışım tam məhdudlaşdırılıb. Tam güclərlə üstümə gəlirlər. Və bundan sonra nə olacağını bilmirəm.”
    Azadliq.info


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!