İmişlidən ölkə başçısına şikayət var » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

İmişlidən ölkə başçısına şikayət var

487
  • + A
  • - A
  • İmişlidən ölkə başçısına şikayət var

    Məhbub Zülfüqarovun 7GUN.az-ın elektron poçtuna göndərdiyi müraciəti olduğu kimi təqdim edirik:

    Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev cənablarına

    Surəti: Baş nazir cənab N. Məmmədova


    Surəti: Ekologiya və Təbii sərvətlər naziri cənab M. Babayevə

    İmişli şəhər L. Vəliyev küçəsi 38 saylı evdə yaşayan, ali təhsilli, 60 yaşlı
    Jurnalist Məhbub Əvəz oğlu Zülfüqarov tərəfindən

    Açıq məktub

    Halım məmləkətin halı!

    İmişlini talayıb özəlləşdirən, yeraltı və yerüstü sərvətləri yağmalamışlar, hətta Heydər Əliyev adına olan parkı şadlıq sarayına ,uşaq baxçasına çevirənlər qarşısında tək dayanmağım bu gündə mənə əzablı günlər yaşadır. Böyük bir çete və onların arxasında dayananlar ilə mübarizəm nəticəsində mənə beş aylıq məhkumluq həyatı yaşatsalar da , mübarizənin fərqində olmağımın bədəli çox ağır imiş.

    “Bənzərəm bir qocaman dağa ki, dəryada durar “ – deyən M.Ə.Sabir bu çetenin gözündə heç “Muxur təpəsi” də ( İmişli rayon ərazisində belə bir təpə var) deyilmiş.

    Buna görə də dahi şairin adını daşıyan park başdan –ayağa çayxanalara çevirilib,Böyük satirik şairin büst-heykəli isə gülünc vəziyyətə düşüb.

    MRX qarşısındakı parkdakı 14 hekta ərazidən isə əsər-əlamət belə qalmayıb. 2005 –ci ildə bir çete tərəfindən özəlləşdirilən parkın ətrafı əvvəlcə hasarlandı,sonra isə parkda olan yaşıllığın dibinə benizin tökərək yandırdılar. 2011- ci ildən isə həmin parkın varlı –baronlara rəsmən satılması faktını FHN –nin mənə göndərdiyi cavab məktubu açdı. Həmin parkda çoxsaylı evlər bu gündə gizlin-gizlin tikilməkdədir.

    Mənim başıma gətirilənlərdən sonra ,axı hansı jurnalist sizə müraciət edib aysberqin görünməyən tərəfini aça bilər?

    Açanlar yalnız xaricidən aça bilər ki, söyüş makinasını məndə pisləyirəm. Həmin söyüş makinası 08 mart 2017-ci il tarixində mənə qarşı da çox ağır surətdə edilmiş, 20 mart 2017-ci il tarixində əzizlərim Xırdalanda qətl edilmiş, özüm isə 3 ay sonra həbs etdirən, məmur-biznesmen , o vaxtlar Standartlaşdırma,Metrologiya və Patent dövlət Komitəsinin regional idarə rəisi Saleh Səmədov idi ki, spirt zavod, 18 hektar istilikxana, “Kral” şadlıq,çay-restoranlar şəbəkəsi,H.Əliyev adına parkda “uşaq baxçası” , İmişlidə gözünü yum-aç , hansı tərəfə baxsan onun obyekti. Hal-hazırda vəzifəsi böyüdülərək Metrologiya ,Patent İnustut rəhbəri təyin edilib. Hansı təhsilinə,qabiliyyətinə və “fəlsəfəsinə” görə? Bəlkə,məni həbs etdirməsinə, ya da arxasındakı güclərin qüdrətinə görə təyin edilib?

    Sizə təşəkkür edirəm ki, onun arxalarından ,hətta tələbə yoldaşınız olsa belə Ramiz Həsənovu,Səlim Müslümov və Hüseyn Bağırovu görəvlərindən aldınız. Hələ də ,onun çox güclü arxaları var ki, Saleh Səmədov at oynadır. Hətta sizin orden və medallar verdiyiniz İcra başçısı və YAP sədrini tənqid etmək yox ,açıqca təhqir etməkdən çəkinmir.

    Bu qədər sərvətləri olanlar,İmişlini bölüşənlər İmişli rayonu üçün “Bayraq Meydanı “ tikdirməyə başçıya ona görə kömək etmədilər ki, başçı onlara “dur” deyə bildi. İmişli özünü maliyyələşdirən iki rayondan biridir. Amma bu çetelər İmişli rayon büdcəsinə hansı köməyi edib ki, “Bayraq Meydanının” 10 metrliyində 8 mərtəbəli otel binası tikdirməyə başladılar. Hətta,Heydər Əliyevin adını daşıyan parkda bunu etdilər. Yalnız ,sakinlər yazandan sonra başçı “yox” dedi . Elə ona görə də İmişi rayonu Bayraq evi tikməyə çətinlik çəkir. Mənim qanımı içməyə hazır olanlar,başçını görəndə özlərini batırır.

    Yazmışdım ki, strateji əhəmiyyətli körpünün 200 metrliyində qum-çınqıl karxanası tikilib. FHN –in nümayəndəsi gəlib ,izah etmək istətdi ki, karxana körpüdən 1 km kənardadır. Həbsxanada yatanda dərk etdim ki, bu mütəxəssis belə rəy verməyə “məhkum imiş”, lisenziyanı Dağ-mədən baş idarəsi veribmiş.

    Bu günlərdə eşitdim ki,ETSN Göyçaydakı “körpü” hadisəsindən sonra bir həftəlik karxanalar bağlanılıb, işçiləri “işsiz” qoyulub. Bu karxanalar da İmişlini yağmlayanların mal –mülküdür. İndi mən hörmətli təzə Baş nazirimizdən soruşuram: 1)Heydər Əliyevin adına olan parkı özəlləşdirməyə cürət edənlərin karxanalarını bağlamaq olarmış? 2) Müxalif kəsim haqlı deyilmi ki, “Bəy , nə işinə qalıb, prakın sahibinə Ümummulli lider deyib,pərdələniblər,belə yaxşıdır” özləri bilərlər, sənə nə?

    Müxalif kəsim buna görə məni qınayır ki, “sən hakimiyyətə işləyirsən,niyə başa düşə bilmirsən ki, səni ədalətli yazılarına görə həbs ediblər,sənə orden,medal verməyəcəklər,bəlkə yenə həbsxanaya göndərdilər.”

    Qəzet yazısına görə mənə beş ay cəza müəyyənləşdirənlərin ,məcəllə yazanların ,deyəsən, atalarına rəhmət düşür. Artıq öyrəncəliyəm. Onsuz da bu geniş dünyada nə dərman ala bilirəm,nə də çörək tapıram. Həbsxana da isə dərmanlar pulsuz,müalicə normal,hətta təbii.

    Məni həbs etdirən məmur –biznesmenin bir arxası da Millət vəkilidir.Hətta ,nazir cənab R Usubovun qəbuluna girib Polis rəisini İmişlidən görəvdən aldıra bildi.Mən bir az qorxu keçirməyə başlayıram. Görünür ,bu adamlar çox güclüdür. Vəzifəsini itirən polis rəisi ,hələ 26 iyun 2017-ci il tarixində mənə - “qardaş, get Saleh Səmədovla barış ,yoxsa həbsxanaya düşə bilərsən” – deməsi boşuna deyilmiş. O zaman keçmiş rəisə bir kəlmə demişdim: “ Artıq itiriləsi bir şeyim qalmadı”

    İmişlidə ,hətta,mənə salam verməyə belə qorxanlara isə KİV- lər vasitəsi ilə çatdırıram ki,sizləri anlayıram,bir tikə çörək! Bu çörəyi isə çetelər verir. Heç olmasa eynək taxın ki, karxanalrdan hava ilə gələn qum dənəcikləri gözlərinizə fəsad törədə bilər. Spirt zavodundan gələn pis qoxuya isə öyrənin , tərkibində spirt var. Həmən qoxu ilə bağlı 461 nəfər şikayətçinin məktubunu Səhiyyə Nazirliyi GEM-i və İqtisadi İnkişaf naziri hörmətli Şahin Mustafayev araşdırmış, hər iki nazirlik mənə cavab göndərmişdir ki,həqiqətən də ,üfunətli qoxu Spirt zavoddan gəlir. 2017-ci ilin iyin ayında həmin zavoda təmizləyici qurğu qoyulacaq.

    Ancaq ETSN –in keçmiş naziri H.Bağırov və regional rəis məmur-biznesmeni müdafiə etmiş , hətta regional rəis məhkəmədə üzümə durmuşdu ki, “Üfunətli qoxu Spirt zavodun deyil.”

    Mən təzə ETSN naziri Muxtar müəllimdən soruşuram: “ Bu ölkədə günahsız həbsimə səbəb olanların arxaları kim idi ki, Regionalın keçmiş rəisi Azər- İşığa məsul vəzifəyə qoydular.Amma, cənab prezident İ.Əliyev H.Bağırovu görəvdən aldı. Belə çıxmır ki, Spirt zavoda keçən il qoyulacaq qurğunu S. Səmədovun arxaları , hörmətli Səhiyyə nazirinin GEM –nin baş idarə rəisi İmran Abdullayevə və hörmətli İqtisadi İnkişaf nazirimiz Şahin Mustafayevə qoydurmayacaqlarmı? Sizi təzə nazir kimi təbrik edirəm və soruşuram: “ 100 –cü gününüzə az qalıb, sizcə,mən yenə də mi həbsə düşəcəyəmmi?

    Cənab Prezident !

    Güvənmək hissi çətin bir durum. Kimə, hansı nazirimizə şikayət etdimsə: “Ali məhkəməyə şikayət edin “ yazdı. Bura qədər dişimlə-dırnağımla gəlib çıxdım. Hələ, Ali təhsil aldığım zaman professor Nemət Qənizadəyə güvəndim.Bakı şəhərinin I katibi olub.Artur Rəsizadə ilə qohum idilər.Keçmiş baş nazirimizə yalnız son anda bu ilin fevralında müraciət etdim.Bir dəfə,yəqin çatdıra bilmədim. Məni 1988-ci ildə ağır cərrahiyyə əməlyyatından şəxsən mərhum müəllimim ,böyük insan Nemət Qənizadə xilas edib. Həyatımı da ona borclu olduğum üçün siyasi fəaliyyətimi 1990-cı ildə Naxçıvanda yaradılmış partiya ilə - ADP ilə bağladım. Mərhumiyyətli illər yaşadım 10 nəfər bacı –qardaşımı güc-bəla ilə saxlaya bildim.

    Budur halım məmləkətimin halı. Bir sürü çete İmişlini yağmalayıb,hər yan onlarındır.Bu adamlar isə həqiqəti sevməzlər. Onlara bu qədər rəhmsizliyi,ədalətsizliyi kim təlqin etdi ki,nəiyinki bəndənizi,hətta başçı və YAP RT sədrini saymaz,yalnız güvəndiklərinə güvənib,bildiklərini davam etdirirlər. Məhkəmə sədri ,prokuror da onların həqiqətlərini müdafiə edir. Bu yazımla bəzi məqamları sizə çatdıra bildim. Ümid edirəm , bu yazıdan sonra İmişlinin biznesmen-məmurlarını nəzarətinizdə saxlayacaq , onların sabotajlarının nədənini ölkəmizin qarantı prezidentimiz kimi və mənin əvvələr də yazdığım və sizə çatdırılmayan yazılarımın araşdırılmasına göstərişlərinizi verəcəksiniz.

    Hörmətlə: Məhbub Əvəz oğlu Zülfüqarov

    7GUN.az