Mehman Hüseynov müvəqqəti azadlığa buraxılacaq

Şrift : |
Tarix :5-08-2018, 21:21
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 305 dəfə
Like :
Like :

    Mehman Hüseynov müvəqqəti azadlığa buraxılacaq

    Xəbər verdiyimiz kimi, həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

    7GUN.az xəbər verir ki, Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov unikal.org-a açıqlamasında bildirib ki, hazırda həbsdə olan bloggerin vəkili Şəhla Hümbətova Qaradağ rayon Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə müəssisəsində Mehman Hüseynovla görüşür.

    Mehman Hüseynovun cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edəndən sonra anasının dəfnində iştirak etmək üçün bugün onun müvəqqəti azadlığa buraxılacağı gözlənilir.




    Hakimiyyət həbsdə olan bloger Mehman Hüseynovun ölüm döşşəyində olan anası ilə görüşünə icazə vermədi.

    Ağır xəstə olan Firəngiz Hüseynova 2018-ci il avqustun 6-na keçən gecə dünyasını dəyişdi.

    Buna qədər o, "kəskin ürək çatışmazlığı" diaqnozu ilə üç həftə reanimasiyada qalıb.

    İyulun 15-də o, kliniki ölüm yaşayıb, amma həkimlər onu həyata qaytarmağa müvəffəq olublar. Reanimasiyada iki həftəlik müalicədən sonra həkimlər jurnalistin anasını süni koma vəziyyətindən çıxararaq, süni nəfər aparatından ayırıblar.

    Mehman Hüseynovun ağır xəstə olan anası ilə görüşmək imkanı verilməsi xahişi ilə hakimiyyətə müraciətləri təmin edilməyib.

    Firəngiz Hüseynova 71 yaşına iki gün qalmış oğlu ilə görüşə bilmədən dünyasını dəyişib.

    Mehman Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ölkə rəhbərliyini mərhəmətsizlikdə və Firəngiz Hüseynovanı ölüm həddinə çatdırmaqda, xəstəxananın tibbi heyətini isə mərhəmətsizlikdə və səriştəsizlikdə ittiham edib.

    Bir müddət əvvəl hakimiyyət Mehmanın qardaşı, RATİ-nin icraçı direktoru, hazırda siyasi mühacirətdə yaşayan Emin Hüseynovun həbsinə təşəbbüs etmişdi.

    RATİ beynəlxalq ictimaiyyəti bu faciənin baş verməsində təqsirli olan yüksək vəzifəli məmurlara və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

    RATİ Azərbaycan hakimiyyətindən tənqidçilərinin və onların ailə üzvlərinin qeyri-insani təqibinə dərhal son qoymağı, habelə bütün ifadə azadlığı məhbuslarının - jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Elçin İsmayıllı və Ziya Əsədli, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, qrafiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu, habelə satirik şair Tofiq Həsənovu dərhal və qeyd-şərtsiz həbsxanalardan azad etməyi tələb edir. /Turan.az/


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!