Rasim Əliyevi 3 il öncə itirmişik » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

Rasim Əliyevi 3 il öncə itirmişik

82
  • + A
  • - A
  • Rasim Əliyevi 3 il öncə itirmişik

    Avqustun 9-da bir qrup jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsi 3 il əvvəl ağır xəsarətlər nəticəsində vəfat etmiş jurnalist Rasim Əliyevin qəbrini onun ailə üzvləri ilə birgə ziyarət edib.

    2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən jurnalist, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) rəhbəri Rasim Əliyev müalicə aldığı xəstəxanada oktyabrın 9-da vəfat edib. O, "Facebook" səhifəsində "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumları tərəfindən təhdid edilib və döyülüb.

    Jurnalistin ölüm işi üzrə 6 nəfərin adı keçib. Onlardan 5 nəfəri Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.
    C.Hüseynovun işi isə ayrıca icraata götürülərək, Səbail Rayon Məhkəməsində baxılıb. Bu il mayın 31-də Səbail Rayon Məhkəməsi C.Hüseynovu Cinayət Məcəlləsinin 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

    2016-cı il oktyabrın 12-də isə Bakı Apelyasiya Məhkəməsi Cavid Hüseynovu həbsdən azadlığa buraxıb.

    Bu gün jurnalistin qəbri başında keçirilən anım mərasimində çıxışların əsas hədəfi hökumətin mediaya və jurnalistlərə qarşı təhdidləri olub.

    "Rasim Əliyevi 3 il öncə itirmişik. Bu itkilər indi də davam edir. Bu günlərdə Mehman və Emin Hüseynovların anası rəhmətə getdi. Bu itkilər mübarizə itkisidir. Bunlar sadə insanlar deyil. Vətən, dövlət, cəmiyyət, ölkə uğrunda şəhid olmuş insanlardır. Bu insanları öldürənlər Azərbaycan xalqının düşmənləridir. Bu gün də bu, davam edir. Biz görürük, hansı yırtıcı sistem cəmiyyətin üzərinə gəlir və mübariz insanlara qarşı güc tətbiq edir. Amma, mübarizlər əzilmir. Mehman Hüseynov da anasının qəbri başında dedi ki, mübarizə yolunu davam etdirəcək. O anasını demokratiya şəhidi kimi qəbul edir", deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

    Hüquq müdafiəçiləri Rasim Əliyevin ölümünə ədalətli hüquqi qiymət verilmədiyini bildiriblər.
    "Jurnalistin ölümü ilə bağlı müəmmalar qalmaqdadır. Bu müəmmalar nə vaxtsa açılacaq. Ölkədə azad cəmiyyət qurulduqdan sonra azad məhkəmə Rasimin ölümü ilə bağlı ədalətli hüquqi qiymət verəcək", deyə hüquq müdafiəçisi Samir Kazımlı bildirib.

    Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov hesab edir ki, insan hüquqları ilə bağlı acınacaqlı durum yaranıb.
    "Əvvəlcə jurnalistləri, QHT təmsilçilərini, sonra vəkilləri təhdid etdilər. İndi bir kəlmə danışanın cibinə külli miqdarda narkotik qoyurlar. İndi mən özüm də danışmağa qorxuram, evdən çıxmağa, kimisə tənqid etməyə qorxuram. Ümumi vəziyyət belədir", deyə o qeyd edib.

    Hüquq müdafiəçisi Samirə Ağayeva RATİ-yə qarşı təhdidlərə diqqət çəkib. "RATİ-nin 3 direktoru olub. Onlardan Emin Hüseynov məcburi mühacirətə gedib, Rasim Əliyev qətlə yetirilib, Mehman Hüseynov isə həbsdədir. Gün gələcək RATİ-nin mühacirətdə və həbsdə olan direktorları da Rasim Əliyevin məzarını ziyarət edəcək", deyə Ağayeva bildirib.