Şəhid qızını avtomobillə vuraraq öldürən biznesmen oğlu azadlığa buraxılıb

Şrift : |
Tarix :17-08-2018, 22:53
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 37 dəfə
Like :
Like :

    Şəhid qızını avtomobillə vuraraq öldürən biznesmen oğlu azadlığa buraxılıb

    Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Prosesdə qərar elan olunub.

    Məhkəmə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar verib.

    O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, ötən ilin noyabrın 8-də Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır. /Report/


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!