"Təşkilat (KXCP) nizamnamə ilə idarə olunmalı, strukturla işləməlidir, bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır" - Nisəxanım Vəliyeva

Şrift : |
Tarix :28-08-2018, 20:13
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 84 dəfə
Like :
Like :

    "Mən təşkilatda ziyalıları, gəncləri, qadınları görmək istəyirəm. Təşkilatda Azərbaycanda görmək istədiyim azad və demokratik abu-hava görmək istəyirəm. Təşkilat nizamnamə ilə idarə olunmalı, struktirlar işləməlidir. Təşkilat bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır" - KXCP sədrliyinə namizəd Nisəxanım Vəliyeva

    Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) baş verən gərginlik getdikcə artır. Partiyanın mövcud idarəçiliyinə və müxalifət düşərgəsində olan qeyri-müəyyən mövqeinə etiraz edən təşkilat üzvləri qarşıdan gələn qurultayda sədr dəyişikliyinin vacibliyini vurğulayırlar. Hələlik KXCP-nin hazırkı sədri Mirmahmud Mirəlioğlunun qarşıdan gələn qurultayda sədrliyə namziəd olub- olmaması dəqiq bilinməsə də, artıq təşkilatın sədrliyinə iki nəfər namizədliyini elan edib.

    KXCP sədrliyinə namizədliyini elan edən hüquq müdafiəçisi Oqtay Gülalıyev və Milli Azadlıq Hərəkatının iştirakçılarından olan, Partiyanın Yasamal Rayon Şöbəsinin (İzmir) keçmiş sədri, hazırda həmin rayon şöbəsindən Ali Məclis üzvü olan Nisəxanım Vəliyeva təşkilatda baş verən nöqsanlar barədə mətbuatda və sosial şəbəkədə ciddi ittihamlarla çıxış edirlər. Maraqlıdır ki, şəxsinə qarşı olan ittihamlara KXCP sədri Mirmahmud Mirəlioğlu açıq cavab verməsə də, bir zaman sədrin idarəçiliyinə etiraz edərək partiyadan istefa verdiklərini açıqlayan bir qurup şəxs sədrin mətbuatda sözçüsünə çevriliblər.

    "Təşkilat (KXCP) nizamnamə ilə idarə olunmalı, strukturla işləməlidir, bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır" -

    Bütün bu olanlarla bağlı Sozcu.az saytına müsahibə verən KXCP sədrliyinə namizəd Nisəxanım Vəliyeva maraqlı fikirlər irəli sürüb.

    Həmin müsahibəni olduğu kimi təqdim edirik:

    - KXCP sədrliyinə namizədliyinizi irəli sürmüsünüz. Mən bilən Azərbaycanda Lalə Şövkətdən başqa xanım partiya sədri yoxdur. Qalib olacağınız təqdirdə Azərbaycanda doğurdan da gözəl bir ənənənin təməlini qoya bilərsiniz. Sizcə qurultayda uğur qazana biləcəksinizmi? KXCP -nin qadın üzvlərinin sayı sizi qane edir?

    Bəlkə də bunu bir zarafat hesab edəcəksiniz, amma tam ciddiliyi ilə bildirim ki, hegemonluğu əllərinə alan kişilər göründüyü kimi heç bir iş görə bilməyiblər. Kaş ki, başqa partiyalarda da sizin dediyiniz kimi qadınlar önə çıxsınlar. Qaldı ki, mənim qurultayda uğur qazanıb-qazanmayacağıma, mən 2010-cu ildə parlament seçkilərinə namizədliyimimi verəndə Abel Məhərrəmovla alternativ idim. O vaxt da bu tipdə sual verilmişdi və cavabım belə oldu ki, seçki demokratik keçirilərsə qalib gələcəyəm. KXCP-də gənclər kimi qadınlar da yox dərəcəsindədir. Bu məni necə qane edə bilər...?

    "Təşkilat (KXCP) nizamnamə ilə idarə olunmalı, strukturla işləməlidir, bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır" -

    - KXCP-nin son qurultayında Mirmahmud Mirəlioğlu daha sədrliyə namizəd olmayacağını bəyan edib. Hazırda KXCP sədrliyinə sizdən başqa daha bir partiya üzvü hüquq müdafiəçisi Oqtay Gülalıyev də namizədliyini elan edib. Sizin fikirinizcə Mirmahmud Mirəlioğlu qarşıdan gələn qurultayda partiya sədrliyinə namizəd olacaq? O, da namizədliyini elan etdiyi təqdirdə, iki nəfər kişi namizədə qarşı rəqib olacağınızdan çəkinmirsiniz ki?

    - M.Mirəlioğlu namizədliyini verəcək!

    a) Hakimiyyətin tapşırığını yerinə yetirmək üçün.

    b) Özünün uğursuz apardığı oyunlarının nəticəsi olaraq istefa vermiş "öz adamlarının" yenidən partiyaya qayıtmalarına cəhd etməsi.

    c) Jurnalistə verdiyi müsahibəsində keçən qurultayda dediyini inkar etməsi mənə bu qənaətə gətirir. Qaldı ki, iki kişi namizədə qarşı rəqib olmağa çəkinməyimə, lap üç-dörd kişi də məni qorxutmaz. Bəs mübarizə nəyə deyirsiniz?


    "Təşkilat (KXCP) nizamnamə ilə idarə olunmalı, strukturla işləməlidir, bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır" -

    - İllər öncə KXCP-də tanınmış şəxslər, elm adamları təmsil olunurdular. Zaman keçdikcə bu insanlar təşkilatı tərk edib başqa müxtəlifət təşkilatlarına üzv olmağa qərar verdilər. Siz sədr seçiləcəyiniz təqdirdə ziyalıların KXCP-yə üzv olmaları üçün hansı addımları atacaqsınız. Sizin fikirinizcə Azərbaycanda ziyalıları proseslərə cəlb etmək üçün yeni sima və yeni təşkilata ehtiyac varmı?

    - Yeni sima, yeni təşkilat yaranıb köhnələrin yolu ilə gedəcəklərsə, oyunbazlıq edib xalqı aldatmağa çalışacaqlarsa, nəyə lazımdır yenisi? Adın önəmi yoxdur. Sadəcə kamil insan yetərlidir. Mənəviyyatlı, idraklı, sözü ilə əməlinin vəhdəti yetərlidir. Belə bir İNSANı tapmaq vacibdir. Ziyalıları mütləq partiyaya qaytarmaq lazımdır. Sözsüz ki, onları top-tüfənglə gətirməyəcəyik. Danışıqlarla var qüvvəmizlə buna çalışacağıq.

    - Siz KXCP sədrliyinə namizəd kimi təbliğatınızı əsasən Mirmahmud Mirəlioğlunu tənqid üzərində qurmusunuz, yoxsa təşkilatın güclənməsi üçün ciddi bir layihələriniz var?

    - Mən Mirmahmud Mirəlioğlunu İlham Əliyevlə, KXCP-ni Azərbaycanla müqayisə edirəm. Prezident seçkilərinə gedəndə namizədlər İlham Əliyevin apardığı siyasətindən, onun əməllərindən danışır və sonda bunun əksi olan öz platformalarını bildirirlər. Mənim də məqsədim Mirmahmud Mirəlioğlunu bir daha tanıtdırmaq və özümün arzuladığım, görmək istədiyim təşkilatı dirçəltməkdir. Bəzən deyirlər ki, bunu niyə sosial şəbəkələrdə edirəm? Harada etməliyəm? Rayonda yaşayan cəbhəçiləri mən harada görə bilirəm? Məsələnin digər tərəfi də var. Əgər sənin əməllərin düzdürsə, düz və doğru əmələ görə sosial şəbəkədən niyə qorxursan? Düz deyilsə niyə edirsən? Sözsüz ki, mən təşkilatda ziyalıları, gəncləri, qadınları görmək istəyirəm. Təşkilatda Azərbaycanda görmək istədiyim azad və demokratik abu-hava görmək istəyirəm. Təşkilat nizamnamə ilə idarə olunmalı, strukturlar işləməlidir. Təşkilat bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır.


    "Təşkilat (KXCP) nizamnamə ilə idarə olunmalı, strukturla işləməlidir, bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır" -

    - Ola bilərmi ki, qurultayda namizədliyinizi kiminsə xeyrinə geri götürəsiniz?

    - Mənim üçün sədrin Mirmahmud Mirəlioğlu, Oktay Gulalıyev və ya Nisəxanım olmasının heç bir əhəmiyyəti yoxdur. Mənim üçün əhəmiyyətli təşkilatın demokratik idarə olunmasıdır. Bu illər ərzində göründü ki, Mirmahmud Mirəlioğlu KXCP kimi təşkilatı puça döndərib. Bu baxımdan onun yenidən sədr olmasının əleyhinəyəm. Amma Oktay Gülalıyev mübariz oğlandır. Bu vaxta qədər onun əməllərində neqativ hərəkət görməmişəm. Ona bildirilən iradlar da gülüncdür. Namizədliyimi geri götürüb götürməməyim qurultayın gedişatından asılı olacaq .

    - Bir müddət öncə KXCP-nin bir neçə rayon şöbəsinin sədrləri KXCP sədri Mirmahmud Mirəlioğluna etiraz edərək partiyadan istefa verdilər. Hətta bu adamlar sosial şəbəkədə istefalarının davamlı görünməsi üçün "mərhələli" istefa verməklə, təşkilatın sıradan çıxması görüntüsünü yaratmağa çalışırdılar. Sosial şəbəkədə Mirmahmud Mirəlioğluna qarşı aşağılayıcı ifadələrdən də çəkinməyən bu qrup bu gün Mirmahmud Mirəlioğlunun təbliğatçıları kimi görünməyə başlayıblar. Siz necə hesab edirsiniz, bu istefalar sədrin məsləhəti və iradəsi ilə baş vermişdi, yoxsa sonradan sədrlə "üsyankar" qrupun arasında hansısa bir razılıq formalaşıb?

    - Sədrin "öz adamları"nın istefa verməsi sədrin Ali Məclisdə "oyunları"nın baş tutmamasından irəli gəldi. Mirmahmud Mirəlioğlu onları öyrədir və qabağa buraxır, lakin Ali Məclisin gedişatından hiss edir ki, oyunu baş tutmayacaq və "adamlarının" arxasında dayana bilmir və yaxud da verdiyi təklif keçmir. ( Təklifi keçmədiyi halda özlüyündə bunu qəbul edən sədr növbəti Ali Məclisdə qəbul olunmuş kimi göstərsə də video kamera kimi faktın qarşısında susmalı olur.) Beləliklə "pərt" olanlar əsəbiləşib istefa verirlər. Sizin dediyiniz kimi bəlkə də bu da Mirmahmud Mirəlioğlunun oyunlarından biridir. Amma onları qurultaya qədər geri qaytarmaq sədrə hava su kimi lazımdır və bununla bağlı danışıqlar aparıldığından onlar təbliğata başlayıblar. Bizi hətta qurultayda başqa suprizlər də gözləyir. Mirmahmud Mirəlioğlu çox cılız oyunlar oynamaqla özünü daha çox ifşa edir. Qoy oynasın.


    "Təşkilat (KXCP) nizamnamə ilə idarə olunmalı, strukturla işləməlidir, bir nəfərin hökmranlığı ilə idarə olunmamalıdır" -

    - Sonda bir sualımızı da cavablandırın zəhmət olmasa. Almaniya kansleri Angela Merkel Azərbaycana səfəri zamanı müxalifət partiyalarının liderləri ilə görüşməməsinin səbəbi nədir? Yani Azərbaycan müxalifəti artıq bu qədərmi maraq kəsb etmir?

    - Bunu hamı bilir ki, türkün türkdən başqa dostu yoxdur. Bu yaxınlarda onu da çox eşitmişəm ki, bu hakimiyyət istəsə də, istəməsə də demokratiya qərbdən üzü bəri gəlir və Azərbaycanda da demokratiya bərqərar olacaq. Qərbin Ermənistan və Gürcüstana münasibəti Azərbaycan kimi deyil. Müsəlman ölkələrinə münasibət başqadır. Bu baxımdan Angela Merkelin Azərbaycan müxalifəti ilə görüşməsi ona maraqlı deyil. Əlbəttə müxalifət güclü olsaydı məcbur qalıb görüşə bilərdilər. Sonda onu deyim ki, Azərbaycan demokratiyanı qərbdən almayacaq, bunu özü qazanacaq. Gözünüzü Qərbdən çəkin. Hər qaranlıq gecənin, işıqlı, aydın səhəri var.


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!