Azərbaycanın ən korrupsiyalaşmış bir sektorun başçısı Pirverdiyev işdən çıxarıldı

Şrift : |
Tarix :5-09-2018, 00:57
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 46 dəfə
Like :
Like :

    "Deməli Mirzə Cəlilin bir “Pirverdinin xoruzu” heakayəsi var. Piverdiyevi işdən çıxaranda bu hekayə yadıma düşüdü".

    Bu barədə Milli Şuranın sədri, professor Cəmil Həsənli öz şəxsi feysbuk profilində yayıb.



    7GUN.az həmin yazını olduğu kimi təqdim edir :

    "Hekayədə Pirverdi ulağın quyruğundan yapışıb 10 pud unun çörəyini bişirən anası Həliməyə xalası Zibeydəni mədətçi (bunun Mədət Quliyevə heç bir aidiyyəti yoxdur) gətirməyə yollanan atası Qasım kişini yerindən tərpənməyə qoymur və tələb edir ki, xalası gərək ona çarxı bir xoruz göndərsin. Amma axşam kəndin girəcəyində xoruz gözləyən Pirverdi görürki, nə xoruz var, nə də xalası Zübeydə. Atası hər ikisinin əvəzinə özünə Pərinisə adında təzə bir övrət gətirib. Pirverdiyev də Azərenerjini Pirverdinin xoruzu kimi yoxa çıxarıb. Onun xoruzunu qoltuğuna verdikdən sonra bəlli oldu ki, ölkənin enerji sektoruna buraxılmış milyardların yanıb külə dönmüş dam daşı qalıb və hələ bu gün də məmləkət çırağını yandırmaq üçün işığı .Rusiyadan alır. Bunu Mingəçevirdə baş vermiş qəzanı araşdıran komissiya müəyyən edib. Az əvvəl məlum oldu ki, həmin komissiyanın başçısı elə də Pirverdiyevdən yaxşı vəziyyətdə deyil. Azərbaycan Laundromatı üzə çıxanda onun “Rossoboronexsport”la silah və hərbi sursat müamiləsindən milyonlarla dollar “otkat” qatdadığı üzə çıxmışdı. Hamı kimi onu məlum komissiyanın başçısı təyin edən İlham Əliyev də bunu yaxşı bilirdi. Çünki bu korrupsiya piramidasının başında o, özü dayanır və hakim ailə çirkaba bulaşmış hökumət üzvlərinin çoxu ilə korrupsiya ortağıdır. Azərbaycanın ən korrupsiyalaşmış bir sektorunun başçısı Pirverdiyev işdən çıxarıld. Ziya və Fazil Məmmədovlar kimi yəqin gələn həftə hökumət mediyasında ona qarşı kəsilmiş korrupsiya fakturasının səsi çıxacaq. Hamı keçmiş rabitə naziri Əli Abbasov kimi on ildən artıq ayda 300 – 400 min dollar paket alıb “təmizə” çıxa bilməz ki. Bunun üçün korrupsioner olmaq azdır, həm də akademik olmaq lazımdır. Yəni ya korrupsioner akademizm, ya da akademik korrupsioner. Zatən İlham Əliyevin şaxələnmiş korrupsiyası davamlı “riyazi məntiqə” söykəndiyi üçün siyasi çalarları olan “akademik” məzmun kəsb edir. Yüksək vəzifəli oliqarxlar tək işlədikləri dövrdə deyil, işdən çıxarılandan sonra da xərac xarakterli korrupsiya mənbəyi olaraq qalırlar. Məsələn YAP mətbuatı Fazil Məmmədova 4 milyard korrupsiya fakturası kəsmişdi. Belə deyirlər ki, o, bu məbləğin artıq yarıya qədərini ödəyib. Amma kimə? Azərbaycan korrupsiyasının bir özəlliyi də dövlətdən oğurlanmış pulların dövlətə deyil, başqa bir korrupsionerə transfer edilməsi, mülkiyyətdən başqa bir oğrunun xeyrinə “könüllü” imtina edilməsi, birgə biznes ortaqlığından üzüsulu çəkilməsindən ibarətdir. Bax, buna deyərlər permanent və şaxələnmiş korrupsiyanın akademik mərhələsi. Xoruzun quyruğuğu da elə bu akademizmidədir. Xoruz demişkən, görən Pirverdiyevin də üzərinə bu xərac qoyulacaq?".


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!