BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ratel.kz qapadılıb

60
  • + A
  • - A
  • Ratel.kz qapadılıb
    Qazaxıstanda məhkəmə Ratel.kz xəbər saytının qapadılması haqda qərar çıxarıb. Media qurumları bunu hakimiyyətin müstəqil medianı qısnama kampaniyasının tərkib hissəsi sayırlar.

    Almatıdakı Medeu rayon məhkəməsi mayın 28-də Ratel.kz saytını bir illiyə qapadıb və saytın qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Hakim Gulmira Beysenova Ratel.kz və Balborsyk.kz domenlərindən istifadəni də qadağan edib. Ratel.kz ikinci domendə də kontentini yayırdı.
    Ratel-in baş redaktoru Marat Asipov və saytın digər əməkdaşlarına digər mediada Ratel.kz adıyla kontent yaymaq yasaqlanıb.
    Asipov qərardan apelyasiya şikayəti veriləcəyini deyib.

    SAYTLAR ƏSLİNDƏ NİYƏ QAPADILIB

    Martın sonunda qaldırılmış məhkəmə iddiasında prokurorlar bu media orqanını yenidən qeydiyyat qaydalarını pozmaqda, yəni sahibi Gennady Benditsky-nin ölümündən sonra Ratel.kz domenindən istifadədə, onun hüquqlarını Balborsyk.kz-yə transfer etməkdə suçlayıb.
    Ratel.kz-yə daha bir ittiham serverlərini qanunsuz olaraq Qazaxıstanda kənarda yerləşdirmək, rus, ingilis və qazax dillərində kontent dərc etməkdir, baxmayaraq ki, qeydiyyat zamanı nəşr dili ancaq rus dili göstərilib.

    Bundan başqa, Ratel.kz və Balborsyk.kz jurnalistləri “bilərəkdən saxta informasiya yaymaq”da ittiham olunurlar Onlara bu ittihamı biznesmen, keçmiş maliyyə naziri Zeinulla Kakimzhanov irəli sürüb.

    O iddia edirdi ki, bu media orqanları onun və oğlunun nüfuzunu zədələyən saxta informasiya dərc edib.
    Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə bildirir ki, Ratel.kz 2016-cı ilin mayından dekabrınadək Kakimzhanov-un biznesdə korrupsiyaya yol verdiyini xəbərləyib.
    Human Rights Watch insan haqları təşkilatı isə apreldə yaydığı bəyanatda Ratel.kz və Forbes.kz vebsaytlarına qaldırılmış cinayət işlərinə toxunur, hakimiyyəti “öz işləri ilə məşğul olan jurnalistləri qısnamaq üçün” diffamasiya qanunlarından istifadəni dayandırmağa çağırırdı. / Azadlıq radiosu/